İran Azərbaycanla hər hansı qarşıdurmaya başlamazdan əvvəl bir daha düşünməlidir. Trend-in məlumatına görə, bu barədə Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Olmert jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanın güclü dostları var, İsrail də onların arasındadır:
"Azərbaycan ordusu son bir neçə ildə öz gücünü sübut edib, ölkənin ərazi bütövlüyünü bərpa edib", - keçmiş nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.