Regionda sabitliyin pozulmasının səbəbi İrandır. Trend-in məlumatına görə, bu barədə İsrailin kəşfiyyat naziri Gila Gamliel X Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı” panel iclası zamanı deyib
O qeyd edib ki, regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır.
“İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir. İran beynəlxalq ictimaiyyətə və hətta öz xalqına yalan danışır. Bütün dünya ictimaiyyəti gözünü açıb İranda baş verənlərə, etiraz edən, zəhərlənən, haqları uğrunda mübarizə aparan qadınlara baxmalıdır”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.