çərşənbə axşamı günü, 10 noyabr 2026
     

X Qlobal Bakı Forumu dünya mediasının diqqət mərkəzində... - FOTO

Image


Azərbaycan paytaxtında ötən gün işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı müxtəlif ölkələrin aparıcı KİV-lərində silsilə məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr apardıqları, müasir çağırışlarla bağlı həll yollarını araşdırdıqları qeyd olunub.

İtaliyanın Nova agentliyində yayımlanan “Qlobal Bakı Forumu davam edir, Avropa və Asiya arasında problemlər və imkanlar” mövzusunda məqalədə Prezident Sercio Mattarellanın Forum iştirakçılarına təbrik məktubu yolladığı qeyd olunub və məktubda yer alan fikirlərə yer verilib. İtaliya Prezidentinin məktubda Qlobal Bakı Forumunun anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ etdiyini, məqsədin xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq olduğunu vurğuladığı bildirilib. Həmçinin qeyd edilib ki, Prezident Sercio Mattarella təbrik məktubunda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ildən-ilə xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq üçün xalqlar arasında qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ etdiyini və bunu bir daha təsdiqlədiyini xüsusi vurğulayıb.

Bu ölkənin “Askanews.it” portalında dərc olunan “Qlobal Bakı Forumu anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ edir” sərlövhəli məqalədə Forumda mühüm mövzularda müzakirələrin aparılacağı bildirilib. Qeyd olunub ki, Forumun birinci günündə NATO-nun dayanıqlılığı, iqlim dəyişiklikləri və qlobal istiləşmənin yaratdığı təhdidlər, dünyanın üzləşdiyi təhlükələr, o cümlədən nüvə və ərzaq təhlükəsizliyi, həmçinin daşımalar, enerji təhlükəsizliyinin təmin olunması və digər məsələlər də müzakirə olunacaq. Bununla yanaşı, Forumun gündəliyində enerji dəhlizlərinə dair mövzuların da yer aldığı, mühüm enerji qovşağı və qaz təchizatçısı kimi önəmi getdikcə artan Azərbaycanın rolunun İtaliya üçün vacib önəm daşıdığı vurğulanıb.

Yazıda Prezident Sercio Mattarellanın təbrik məktubunda Forumun olduqca mühüm mövzuya həsr edildiyini, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən həyata keçirilən tədbirlərin əməkdaşlıq və dialoqun, qarşılıqlı anlaşma və sülhün təşviqinə yönəldiyini bildirdiyi qeyd olunub.

Bosniya və Herseqovinanın aparıcı nəşrlərində də Qlobal Bakı Forumuna dair məqalələr yayımlanıb. Bu ölkənin “Slobodna Bosna”, “Dnevni Avaz”, “Federalna.ba”, “Vijesti.ba”, “Mostarski.ba”, “Biznis.ba” və digər portallarında yer alan yazılarda bildirilib ki, Qlobal Bakı Forumu dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən siyasi, biznes və akademik liderlərinin iştirakı ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən beynəlxalq tədbirdir. Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Foruma 60-dan çox ölkədən 400-ə yaxın iştirakçı qatılıb. Qlobal Bakı Forumu oxşar çağırışları və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından bir fürsətdir.

Yazılarda Prezident İlham Əliyevin Bakı Forumunun açılış mərasimindəki çıxışına xüsusi diqqət yetirilib. Dövlətimizin başçısının Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq sazişinin imzalanması, ölkəmizin Avropaya təbii qaz tədarükünü artırdığı, qazın ümumi ixracını genişləndirməsi barədə fikirlərinə yer verilib. Bundan başqa, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın sədrliyi müddətində Qoşulmama Hərəkatının fəaliyyətinin canlandırılması, Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələləri barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.

İspaniyanın “Europapress” və “ABC Internacional” portallarında yayımlanan məqalələrdə Prezident İlham Əliyevin Qlobal Bakı Forumunun açılışındakı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikirləri əksini tapıb. Məqalələrdə dövlətimizin başçısının sülh müqaviləsinin imzalanması və fürsəti əldən verməməsi barədə Ermənistana çağırış ünvanladığı qeyd olunub. “Azərbaycan Prezidenti İlham Əliyev bu cümə axşamı təsdiqlədi ki, davamlı gərginlik və daha kiçik miqyaslı qarşıdurmalara səhnə olan münaqişədən sonra Ermənistanla indi sülhün vaxtıdır və İrəvanı fürsəti əldən verməməyə çağırdı”, - deyə yazılarda vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin çıxışında Azərbaycan dövlətinin 2020-ci ildə müharibənin başa çatmasından dərhal sonra Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur beş prinsipi qarşı tərəfə təqdim etdiyini bildirdiyi qeyd olunub.

Bundan başqa, məqalədə dövlətimizin başçısının “Hazırda onlar üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansı yaranıb. Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur” sözləri də oxucuların diqqətinə çatdırılıb.

Yazılarda Azərbaycan Prezidentinin münaqişənin tarixindən bəhs etdiyi, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması və bir milyondan çox azərbaycanlının doğma torpaqlarından qovulması, İrəvanın vəziyyəti münaqişəni dondurmaq cəhdləri, münaqişənin nizamlanması səylərinin nəticəsiz qalması, Ermənistanın işğal dövründə ərazilərimizdə törətdiyi barbarlıq, urbisid, kultursid, ekosid əməlləri barədə məlumat verdiyi, ölkəmizdə azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunması və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatının işğal dövründən daha yaxşı olacağını əminliklə ifadə etməsi xüsusi vurğulanıb.

İspan KİV-lərində dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Azərbaycanın Avropaya təbii qaz ixracını artırması, yaşıl enerjinin ixracına başlaması barədə fikirləri də oxucuların diqqətinə çatdırılıb.

Moldovanın aparıcı nəşrləri də Qlobal Bakı Forumuna geniş diqqət ayırıb. Bu ölkənin nüfuzlu “Publika” nəşrində dərc olunan məqalədə Foruma yüksək səviyyəli dövlət və hökumət rəsmilərinin qatıldıqları bildirilib. Yazıda Forumun iclaslarında iqlim, qida və nüvə təhlükəsizliyi, bölünmüş dünyada həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi, həmçinin səhiyyə, miqrasiya, münaqişələr və digər problemlər ətrafında müzakirələrin aparılacağı qeyd olunub. Məqalədə Moldovanın də bu tədbirdə fəal təmsil olunduğu vurğulanaraq bildirilib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artır.

Bu ölkənin “Noi.md” nəşrində yer alan xəbərdə Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışında Ermənistan ilə münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan dövlətinin təşəbbüsləri barədə fikirlərindən söz açılıb.

“Jurnal.md” nəşri isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rola xüsusi diqqət yetirərək, Prezident İlham Əliyevin çıxışında ölkəmizin Avropaya qaz tədarükünü ildən-ilə artırması barədə sözlərinə geniş yer verib.

Xorvatiyanın “jutarnji.hr” portalında yayımlanan məqalədə dünya gündəmini narahat edən məsələlərin müzakirə olunduğu Qlobal Bakı Forumunda Xorvatiyanın sabiq prezidentləri Kolinda Qrabar-Kitaroviçin, İvo Yosipoviçin, Stepan Meşiçin və digər nüfuzlu şəxslərin iştirak etmələrinin bu ölkənin Bakının təşəbbüslərinə böyük önəm verməsinin göstəricisi olduğu vurğulanıb. Qeyd edilib ki, X Qlobal Bakı Forumu son dərəcə aktual mövzuya həsr olunub. Bu, dünyada artan gərginliklərin və problemlərin həlli yollarının araşdırılmasına Bakının böyük önəm verdiyini göstərir.

Məqalədə Azərbaycan Prezidentinin Forumun açılışındakı çıxışına da xüsusi yer ayrılıb, dövlətimizin başçısının Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, işğal dövründə ərazilərimizdə törədilən cinayətlər, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi mühüm tədbirlər, ölkəmizin qazın və yaşıl enerjinin ixracını genişləndirməsi istiqamətində atdığı addımlar barədə ətraflı məlumat verilib.

X Qlobal Bakı Forumu barədə Misir mətbuatında da məqalələr yayımlanıb. Bu ölkənin “El Watan” və “Al-Ain” nəşrlərində Azərbaycanın 2013-cü ildən ev sahibliyi etdiyi Qlobal Bakı forumlarında dinlər və sivilizasiyalararası dialoq, dünyada baş verən proseslər, etnik münaqişələr və digər qlobal problemlərin müzakirə olunduğu, onların həll yolları barədə fikir mübadiləsinin aparıldığı bildirilib. Vurğulanıb ki, builki Forum da olduqca mühüm mövzuya həsr edilib. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumunda 61 ölkədən 360-a yaxın nümayəndə, 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Məqalələrdə məlumat verilib ki, bu mötəbər tədbirdə yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim təhlükəsizliyi, qida təhlükəsizliyi və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Yazılarda Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxışına da geniş yer verilib, dövlətimizin başçısının fikirlərindən sitatlar gətirilib.

Türkiyə KİV-ləri də X Qlobal Bakı Forumunu, xüsusilə Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirləri diqqət mərkəzində saxlayıb. Qardaş ölkənin Anadolu agentliyi, “TRT Avaz”, “Hürriyet” qəzeti, “Sondakika.com” və digər KİV-lərində yer alan xəbərlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Forumda 61 ölkədən 360 iştirakçının qatıldığı bildirilib.

Anadolu agentliyində yayımlanan məqalədə Prezident İlham Əliyevin Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində irəli sürdüyü təşəbbüslər, Ermənistanın bu mühüm fürsəti əldən verməməsi barədə dövlətimizin başçısının çağırışı, Ermənistanın işğal dövründə törətdiyi cinayət əməlləri barədə fikirlərinə geniş yer verilib.

“Hürriyet” qəzetində dərc olunan yazıda isə Azərbaycan Prezidentinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı addımlar, qazın ixracının genişləndirilməsi, yaşıl enerjinin ixracına başlanılması barədə fikirləri oxucuların diqqətinə çatdırılıb. Məqalədə dövlətimizin başçısının “Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq” fikri xüsusi vurğulanıb.

Qeyd edək ki, bütün məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunun dünya ictimaiyyətini dərindən narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən müstəqil beynəlxalq platformaya çevrildiyi qeyd olunub.

 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ