Enerji məsələsində Azərbaycanın köməyi olmadan Avropanın bu qışdan necə çıxacağını bilmirəm.
Trend-in məlumatına görə, bu barədə Rumuniyanın sabiq baş naziri Ana Birchall X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.
"Biz düşünməliyik ki, Azərbaycan bizə kömək etməsəydi, harda olardıq, gələn qış nə edərdik. Azərbaycanın səylərini görməyə şadam, çünki o, təkcə Rumıniya üçün deyil, Avropa üçün strateji rola malikdir. Azərbaycanla Ruminiya arasında inkişaf edən əməkdaşlığı görməyə çox şadam”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.