Qlobal Bakı Forumu aktual problemlərə toxunur və müzakirə edilir. Buna görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edirəm.
Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun 10-cu Qlobal Bakı Forumunun panel iclası zamanı ünvanladığı videomüraciətdə deyib.
“Səhiyyə sahəsində çətinliklər hələ də qalmaqdadır. Pandemiya çox sayda ölümlərlə nəticələndi. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Əks halda gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. Ölkələr səhiyyəyə kifayət qədər maliyyə ayırmalıdır. Resursların səfərbər edilməsi bu problemi həll edə bilər”, - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.