çərşənbə axşamı günü, 10 noyabr 2026
     

X Qlobal Bakı Forumunda meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi məsələləri müzakirə olunub - FOTO

Image


Martın 9-da X Qlobal Bakı Forumu çərçivəsində “Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; qida təhlükəsizliyi; nüvə təhlükəsizliyi” mövzusunda ikinci panel iclası təşkil olunub.

Trend xəbər verir ki, İrqçilik əleyhinə Avropa Şəhərlər Koalisiyasının Prezidenti Benedetto Zaççirolinin moderatorluğu ilə keçirilən iclasda Timor-Leste Demokratik Respublikasının Prezidenti, 1996-cı il Nobel Sülh Mükafatı laureatı Jose Ramos Horta çıxış edərək hazırda su çatışmazlığı, iqlim dəyişikliyi məsələlərinə diqqətin artırılmalı olduğunu bildirib. O deyib ki, COVID-19 pandemiyası Pakistan, Şri-Lanka, həmçinin bir sıra Afrika ölkələrinə çox pis təsir göstərib.

Timor-Leste Prezidenti qeyd edib ki, pandemiyadan sonrakı dövrdə qiymətlər qalxıb və bu hal dünya iqtisadiyyatına mənfi təsir edib. Daha sonra başlayan Rusiya-Ukrayna müharibəsi isə kasıb ölkələrin iqtisadiyyatı üçün daha pis nəticələrə səbəb olub. Jose Ramos Horta dünya ölkələrini böhran vəziyyətinin aradan qaldırılmasına dəstək verməyə çağırıb.

Sonra çıxış edən BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi qida təhlükəsizliyi mövzusunda reallığa və həllərə baxılmalı olduğunu vurğulayıb. Deyib ki, bunun üçün daha yaxşı mühit lazımdır. “Qida təhlükəsizliyi çox vacibdir. Bunun üçün əlimizdən gələni etməliyik. Həmçinin bununla əlaqədar kənd təsərrüfatı da çox önəmlidir. Biz aclıqla mübarizə aparmalıyıq. Daha çox gənc kənd təsərrüfatı sahəsində çalışmalıdır, onlara bu istiqamətdə yol açmalıyıq”.

"Liberal International" təşkilatının Prezidenti, Mərakeşin sabiq ətraf mühit naziri (2013-2017), Mərakeşin İqlim Dəyişikliyi üzrə xüsusi nümayəndəsi (2015-2017) Hakima El Haite çıxışında ekologiyanın çirklənməsinin qlobal məsələ olduğunu vurğulayıb. Deyib ki, bu problemi təkcə bir ölkə həll edə bilmə. “İqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq üçün vəsait ayrılmışdı və bununla bağlı bir çox görüşlər planlaşdırılmışdı. Lakin COVID-19 pandemiyası səbəbindən bu görüşlər və planlar ləğv edildi. Əgər iqlim dəyişikliyinin qarşısı alınmazsa, dünyada temperatur artacaq, su çatışmazlığı, torpağın korlanması, suyun şorlaşması kimi halların müşahidə edilməsi tezliyi artacaq”, - deyə o xəbərdarlıq edib.

Hakima El Haite qeyd edib ki, hazırda iqlim dəyişikliyi səbəbindən 500 milyon insan aclıqdan əziyyət çəkir. Afrikada susuzluq bir çox problemlər yaradıb. Bakı Forumu qlobal çağırışların gündəmə gətirilməsi üçün ideal platformadır.

Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kıdırəli 2006-ci ildə Qazaxıstanın atomsuz bir dünya qərarı aldığını bildirib. Qeyd edib ki, Qazaxıstanın bu qərarı dünyada əks-səda doğurub. Qazaxıstan həmişə sülhün tərəfdarı olub. Qazaxıstanın hər il 7 milyon ton buğda ixrac etdiyini diqqətə çatdıran D.Kıdırəli deyib: “Qazaxıstan buğda ixracına ehtiyacı olan ölkələrə yardım edir. Bununla yanaşı, ekosistem məsələsi də gündəm mövzusudur. Türkiyədə baş verən zəlzələ gözlənilməz idi. Biz bu cür təbii fəlakətlər qarşısında hazır olmalıyıq. Eyni zamanda, Xəzər dənizinin suyunun azalması ilə bağlı fikirlər var. Bu problemləri aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq”.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev paneldə müzakirə edilən məsələlərin dünya üçün qlobal əhəmiyyət daşıdığını bildirib. Qeyd edilib ki, iqlim dəyişikliyi digər aspektlərə də təsir edir. Bu vəziyyətlə bağlı daha çox problemlə üzləşirik. “Ərzaq çatışmazlığı, susuzluq kimi hallar qaçılmazdır. İqlim dəyişikliyinin yaratdığı riskləri müzakirə etmək vacibdir. Hazırda biz Azərbaycanda digər dövlətlərdən gələn çaylardan asılıyıq və onların suyundan gündəlik həyatımızda istifadə edirik. Bu, gələcəkdə müəyyən problemlər yarada bilər. Problemlə əlaqəli bizə meqaplan lazımdır”, - deyə nazir diqqətə çatdırıb. .

M.Babayev qeyd edib ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində reallaşdırılan yaşıl inkişaf əsas planlardan biridir. Həmin ərazilərdə “ağıllı şəhər”lərin salınması ilə yanaşı, orada yaşıllaşdırma işləri də aparılır. İqlim dəyişikliyi riskləri bütün dünya üçün təhdiddir.

Rumıniya Baş nazirinin dövlət müşaviri Laslo Borbeli siyasi karyerasında 2017-ci ildən çox çətin vəziyyətlə üzləşdiyini qeyd edərək deyib: “Həyatımızın hər bir parçası bir-biri ilə əlaqəlidir. 2015-ci ildə ekologiya ilə bağlı 5 böyük saziş imzalanıb və həmin sazişlər əsasında bir çox planlar həyata keçirilib. Rumıniyada bu sahədə müəyyən irəliləyişlər müşahidə edilir”.

Monteneqronun sabiq Baş naziri (2010-2012) İqor Luksiç isə bildirib ki, iqlimdən gələn risklər üçün tədbirlər görmək lazımdır. Sabiq Baş nazir diqqətə çatdırıb: “Nüvə təhlükəsizliyi məsələsinin önəmi də artıb. Bu məsələləri nəzərə almaq vacibdir. Necə dayanıqlı olaq? Hansı tədbirləri görməliyik? kimi suallara cavab tapmaq lazımdır”.

Panel iclası müzakirələrlə davam edib.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ