çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Beynəlxalq Nizami Mərkəzinin 10-cu Bakı forumuna Tehranın uğursuz alternativi...

Image


Tehran rejimi Azərbaycanın böyük şairi Nizami Gəncəviyə də, onun anadan olduğu, dəfn edildiyi, məqbərəsinin ucaldıldığı Gəncə şəhərinə qarşı da iddia irəli sürməkdədir. Tehranda “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimi keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani martın 5-də Nizami Gəncəvinin anım həftəsinin açılış mərasimində deyib: “Fars dili məhəbbət, dostluq və irfan dilidir. Şübhəsiz, Nizaminin özünəməxsus yeri var və onunla müqayisə oluna bilən böyük şairlər azdır”. O deyib ki, Nizami Gəncəvi  “indiki Azərbaycanın Gəncə şəhərində doğulub və məzarı oradadır”.

Göründüyü kimi, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Gəncənin guya “İran şəhəri” olduğunu iddia edib.

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Məsələ burasındadır ki, Tehranda X Qlobal Bakı Forumu ərəfəsində Nizami Gəncəvi ilə bağlı tədbir keçiriib. Tehran rejiminin Nizami Gəncəvi ilə bağlı tədbir keçirməsinin Bakıda öz işinə başlayan X Qlobal Bakı Forumu ilə eyni ərəfəyə düşməsi təsadüfidirmi? Molla rejiminin məqsədi nə olub ki, ona aid olmayan bir mövzuda nüfuzlu beynəlxalq tədbir ərəfəsində qondarma tədbir düzənləsin?

Yeri gəlmişkən, Prezident İlham Əliyev X Qlobal Bakı Forumunun açılış mərasimində molla rejiminin iddiasına layiqli cavab verib. “Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən biri olan doğma Gəncə şəhərində anadan olub, yaşayıb, dünyasını dəyişib və dəfn edilib. Onun müdrikliyi və istedadı isə Azərbaycan xalqının müdrikliyini və istedadını simvolizə edir”, - deyə Prezident İlham Əliyev bildirib.

  • “Prezidentin Nizami Gəncəvi ilə bağlı dedikləri də farsçılara, panfarsist qüvvələrə, fars şovinstlərinə təkrar ismarıcdır ki…”

Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, İran 100 ilə yaxındır panfarsçı ideologiya ilə idarə olunur. “İndiki rejim də bu ideologiyanın quludur. İslam dini bu şovinist siyasəti pərdələmək üçün bir maskadır. İran hakimiyyəti güneyli-quzeyli Azərbaycana, türkə münasibətini gizlətməyə çalışsa da, buna nail ola bilmir. Tehran rejimi Güney Azərbaycan türkünün milli varlığını görməzdən gəlir. Güney Azərbaycan torpaqlarını parçalayıb, yeni əyalətlər yaradır. Azərbaycana, türkə məxsus yer adlarını, coğrafi adları farslaşdırır, mədəni tarixi abidələri dağıdır, onun farslara məxsus olduğunu iddia edir.

Heydər Əliyevin 2002-ci ilin mayında Tehrana rəsmi səfəri zamanı İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneiyə Azərbaycan türkcəsinin dövlət dili olması və bu ölkənin o vaxtkı prezidenti Məhəmməd Xatəmiyə Xəzər dənizinin adı ilə bağlı vurduğu “şapalaq” hər kəsin yadındadır. Bununla yanaşı, bu şovinist hakimiyyət Azərbaycan türklərinin dahi şəxslərini də farsların adına çıxmaq istəyir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani martın 5-də Nizami Gəncəvinin
anım həftəsinin açılış mərasimində deyib: “Fars dili məhəbbət, dostluq və irfan dilidir.
Şübhəsiz, Nizaminin özünəməxsus yeri var və onunla müqayisə oluna bilən böyük
şairlər azdır”. O deyib ki, Nizami Gəncəvi  “indiki Azərbaycanın Gəncə şəhərində
doğulub və məzarı oradadır”. N. Kənani mənsub olduğu və daşıdığı siyasi-ideologiyaya uyğun olaraq, Gəncəni “İran şəhəri” Nizami Gəncəvini isə “fars şairi” adlandırmaqdan özünü saxlaya bilməyib.

Tədbirdə İranın bir qrup fars dili və ədəbiyyatı üzrə alimləri, mədəniyyət idarələrinin
rəhbərləri, xarici ölkələrin səfirləri də iştirak edib. Tədbirə qatılan Tacikistanın Tehrandakı səfirliyinin mədəniyyət müşaviri Müzəffər Məhəmmədi də Nizami Gəncəvini  “fars şairi” adlandıraraq deyib: “Nizami Gəncəvi ədəbiyyat aləmində “Xəmsə” poemasını yazmış ən böyük fars şairlərindən biridir”.

Bu yerdə “Yalançının kor şahidi yanında olar”, “Axsaq atın kor nalbəndi” atalar
sözləri yerinə düşür. Yaxud, elə “İlanın ağına da, qarasına da lənət”i də demək uyğundur. Çünki Nasiri və Məhəmmədi kimilərinin su içdikləri ideologiya Firdovsinin “Şahnamə” adlı antitürk nağıllarıdır. Bu nağıllar toplusu Sultan Mahmudun sifarişi ilə yazılıb. Sultanla müəllif arasında
münasibət də tarixin bir səhifəsidir. Türkə qarşı haqsızlıq edən Firdovsiyə Sultanın
qızıl, yaxud gümüş pulları qismət olmur. Buna taleyin ironiyası deyərlər…
Xamnei, Xatəmi, Qulaməli Həddad, XİN rəsmisi, pəhləvilər, Firdovsi, Tacikistan səfirliyinin nümayəndəsi… bunlar hamısı bir qabdan su içdikləri üçün eyni xəstəliyə yoluxublar. Bunu Paşinyan, Sarqsyan, Koçaryan, Kaputikyan, Balayan, Njde,
Andranik və başqalarının türk düşmənliyi ilə tutuşdurmaq da olar. Nəticə – hər ikisi bir bezin qırağıdır.

Fars və erməni faşizmi bir mahiyyət daşıyır – türk düşmənliyi. Ermənilər indiki Ermənistana, Azərbaycanın qədim tarixi torpaqlarını yerləşdirildikdən sonra fars şovinistlərinin Güney Azərbaycan, yaxud İran ərazisində törətdikləri saxtakarlığı ediblər. Onlar bunu 30 il işğal altında saxladıqları Qarabağ və ətraf rayonlarda da etmişdilər…
…Panfarsçılar İsrailin İran hakimiyyətindən Azərbaycana daha yaxın olduğunu
xatırlatdılar. Ötən ilin yayında İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter
səhifəsində Nizami Gəncəvi ilə bağlı paylaşım etmişdi: “Böyük Azərbaycan şairi və
filosofu Nizami Gəncəvinin yaradıcılığından bəhs edən bu gözəl kitabı oxumaq üçün
səbrsizlənirəm”.

Corc Dik  Azərbaycanın qədim şəhəri Təbrizin tarixi və incəsənətindən bəhs edən “Təbrizin sehrli nağılları” kitabı ilə bağlı paylaşım etmişdi.
Panfarsçılara, yaxud onların tayı olan ermənilərə türk tarixi, dahiləri və başqa məsələləri barədə mübahisə açmaq, onlara gerçəyi başa salmaq kimi bir cəhdimiz yoxdur. Çünki onların milli tərbiyəsi naqisdir. Belə düşüncənin daşıyıcıları heç kimi
sevmir. Panfarsçılarla ermənilərin eyni xislətin daşıyıcı olduğunu bu ilin yanvarında İsraildə “Ağlama divarı” yaxınlığında baş verən hadisə də isbatlayır. Ora ziyarətə getmiş ermənilər iddia edib ki, İsrail onlara məxsusdur. Gevorq Kaxkecyan adlı erməni deyib: “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”.

Mədəni, mənəvi baxımdan kiçiklər böyük ola bilməz. Onların gözü həmişə böyüklərin qapısında, əlində, qulaqları isə divarında olur. Panfarsçılarla ermənilərin göz və qulağı türklərin əlində, qapısında və divarında olduğu kimi…”

Tehran rejiminin belə bir qondarma tədbir keçirməsi məsələsinə gəlincə, S.Soltan qeyd etdi ki, mərhum Prezident Heydər Əliyevin dönəmində İranın dövlət rəsmilərinin Azərbaycanla bağlı təhriflərinə yüksək səviyyədə cavab verilib. “Eləcə də İranın Nizami Gəncəvini farslaşdırmaq cəhdlərinə Heydər Əliyev də, İlham Əliyev də lazımı cavab verib və Nizaminin türk, Azərbaycan şairi oluğunu bəyan ediblər. Qeyd etdiyimiz kimi, Tehran rəsmiləri hər zaman təhrif etməklə məşğul olublar.

Görünən odur ki, İran hakimiyyətinin rəsmi dairələrinin Azərbaycan ərazilərinə, Azərbaycana aid məsələlərə iddiası ermənilərin iddiası ilə eynidir. Məsələn, ermənilər daim Azərbaycanın sazına, kamançasına, tütəyinə, balabanına iddia etdikləri kimi, İran hakimiyyəti də Azərbaycanın Nizami Gəncəvisinə, Gəncəsinə, digər ərazilərinə qarşı əsassız iddialar irəli sürür. Bununla özlərini “böyük və qədim” göstərməyə çalışırlar. Bu parsizmlə ermənizmin türkə qarşı tutduğu ortaq mövqedir. O ki qaldı Tehran rejiminin Nizami Gəncəvi barədə keçirdiyi tədbirin X Qlobal Bakı Forumu ilə eyni ərəfəyə təsadüf etməsinə, təbii, molla rejimi burada da təxribatından qalmır”.

Molla rejiminin daim pozuculuq etdiyini deyən S.Soltan hesab edir ki, IX Qlobal Bakı Forumu 2022-ci ilin yayında keçirilib. “X Qlobal Bakı Forumunun bu gün keçirilməsi bir sıra baxımlardan Azərbaycan üçün əhəmiyyətlidir. Azərbaycan son zamanlar beynəlxalq aləmdə öz regiondakı vəziyyətlə bağlı öz vacibliyini artırıb. Xüsusən şaxələnmiş enerji xəttləri bağlı. Dövlətimiz artıq dünyanın enerji daşıyıcılarına aid xətlərdən birinin vacib bölməsini təşkil edir. Perspektivdə Xəzəryanı ölkələrdən Avropaya əlaqəni də quracaq. Bu forumun da istiqamətətlərindən biri energetika, təhlükəsizliklə bağlıdır. Azərbaycan 2020-ci ildə müharibədə əldə etdiyi uğurdan sonra iqtisadi, təhlükəsizlik və s bağlı əməkdaşlığı beynəlxalq əməkdaşlığı  genişləndirir. Odur ki, X forumun açılışında vurğulanan məsələlər daha çox bunu əhatə edir. Prezidentin Nizami Gəncəvi ilə bağlı dedikləri də farsçılara, panfarsist qüvvələrə, fars şovinistlərinə təkrar ismarıcdır ki, Nizami Gəncəvinin, eləcə də Azərbaycanın başqa dahilərinin kölgəsində böyük görsənməyə cəhd göstərməyin. Şəms Təbrizi, Şəhriyar, Nizami Gəncəvi və başqaları Azərbaycan türküdür. Nizami kimi dahilərimizi kölgəsində böyük görünməyə çalışan fars şovinizmi uğursuz cəhdlər göstərir. Prezident də bu məsələni dolayı yolla vurğulayıb”-deyə bildirən S.Soltan hesab edir ki, fars şovinstləri bu sərt cavabdan dərs almalıdır.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ