şənbə günü, 14 noyabr 2026
     

İngilislər Ukraynanın işğalından sonra Avropanın yeni xəritəsini çəkirlər

Image


Rusiya ilə ABŞ arasında Soyuq Müharibə illərindən bəri ən sıx təmas yaşanır. Ukrayna öz gələcəyini Avropa İttifaqı və NATO-da görsə də, Rusiya bu qədər yaxında olan və tarixi əlaqələri olan qonşusunun Qərb blokuna yanaşmasından narahatdır. Prezident Vladimir Putin ABŞ-dan Ukraynanın NATO-ya üzv olmayacağına dair təminat istəyir. ABŞ tərəfi bu zəmanəti verməkdən hələlik uzaq görünür. Ukrayna da Qərb tərəfdaşlarının Rusiya ilə masada Ukrayna ilə bağlı qərar verməyəcəklərinə təminat aldığını deyir.

Bütün bunların fonunda 170 minlik ordu ilə Ukrayna sərhədinə dayanan Rusiyanın bu ölkəni işğal edəcəyi ilə bağlı narahatlıqlar artır. Bütün təhdid və xəbərdarlıqlara baxmayaraq, Qərbdə hesab edirlər ki, Rusiya tankları hər an 43 milyon əhalisi olan Ukraynaya daxil ola bilər.

Rusiyanın yaxın bir neçə gündə Ukraynaya hücum edəcəyini açıqlayan ABŞ kəşfiyyat mənbələri rusların Ukraynaya daxil olmağa bəhanə yaratmaq üçün bölgəyə göndərdiyi xüsusi qruplar tərəfindən öz qoşunlarına hücum edə biləcəyini iddia edib. Bu xəbərlərin ardından Kremlin sərhədə ballistik raketlər daşıdığı ortaya çıxıb. Bununla bağlı yayılmış videolarda qatarla sərhədə “İsgəndər-M” raketlərinin aparıldığı, münaqişə zonasına yaxın bölgələrə snayper qruplarının yerləşdirildiyi görünür.

Bu arada, Britaniyanın İcmalar Palatasının Müdafiə Komitəsinin sədri Tobias Ellvud Şərqi Avropada yeni müharibələrin baş verəcəyi ilə bağlı xəbərdarlıq edib. Ellvud kiberhücumun ölkənin çox hissəsini istilik, işıq və nağd puldan məhrum etməsindən sonra potensial işğalın “qaçılmaz və yaxın” olduğunu deyib.

"Qorxuram ki, Rusiya qüvvələrinin işğalı qaçılmazdır və yaxındır, biz də bunun baş verməsinə imkan verdik. Prezident Putinin işğal barədə iki dəfə düşünməsi üçün Ukraynada kifayət qədər hərbi texnika və şəxsi heyət yerləşdirmək imkanımız var idi, lakin bunu etmədik.

Bundan sonra nə edəcəyini yalnız prezident Putin bilir. Putin danışıqlarda küncə sıxışdırılıb və NATO onun təhdidlərinə boyun əyməkdən imtina etdikdən sonra, görünür, yalnız bir seçimi qalıb" – Ellvud deyib.

O hesab edir ki, Rusiya işğal ərəfəsindədir və Şərqi Avropanın xəritəsini yenidən cızmağa çalışacaq: “Tarix bunu bizdən soruşacaq - niyə tarixdən dərs çıxarmadıq?"

ABŞ və Avropa Birliyi isə Rusiyanı Ukraynaya müdaxilə edəcəyi halda sərt sanksiyalarla hədələyir. Xüsusilə ABŞ-da hazırlanan yeni sanksiya layihəsində birbaşa Vladimir Putinin də hədəfə alınması böhrana yeni səhifə əlavə edib. Qeyd edilir ki, Rusiya tankları Ukraynaya doğru hərəkət edəcəyi halda, Rusiya lideri Putin və ölkənin əsas bankları da daxil olmaqla Rusiya hökumətinin və ordusunun yüksək vəzifəli şəxslərinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediləcək. Bununla bağlı qanun layihəsinin artıq ABŞ Senatında olduğu bildirilir.

Qanun layihəsi, həmçinin, bankların digər maliyyə institutları ilə məlumat mübadiləsi üçün istifadə etdiyi SWIFT kimi təhlükəsiz mesajlaşma sistemlərini təmin edən Rusiyadakı şirkətləri də hədəf alır.

Sanksiya xəbərlərinə çox sərt reaksiya verən Kreml isə xəbərdarlıq edib ki, Putinə qarşı sanksiyaların qəbulu ABŞ-Rusiya münasibətlərini tamamilə pozulma həddinə çatdıracaq.

Ekspertlər hesab edir ki, Rusiya açıq şəkildə Ukraynada əvvəllər malik olduğu təsir dairələrini qorumaq üçün hərbi və siyasi baxımdan aqressiv siyasət yürüdür: “Lakin bu aqressiyanın bütün Ukraynanı işğal edəcək səviyyədə olması real görünmür. Real görünən odur ki, o, Krımda etdiyi kimi, Donbass bölgəsini də hərbi əməliyyatla öz ərazisinə daxil edə bilər. Ukrayna isə bunu hərbi təcavüz kimi qəbul edərək müharibə düyməsini basa bilər”.

Ukrayna ilə Rusiya arasında müharibə olacağı təqdirdə indiki durumda ən çox qaz nəqlinin, dolayısı ilə Avropanın zərər görəcəyi bildirilir. Hər halda, Ukraynanın enerji inhisarçısı “Naftoqaz”ın rəhbəri Yuri Vitrenkonun açıqlamaları bunu deməyə əsas verir. Almaniyada nəşr olunan “Süddeutsche Zeitung” qəzetinə danışan “Naftoqaz” rəhbəri Vitrenko “Rusiya Ukraynaya hücum edərsə, ilk bombalar qaz xətlərinə dəyəcək. Beləliklə, Almaniyaya təbii qaz axını dayanacaq” deyə xəbərdarlıq edib.

Donald Tramp dövründə Ağ Evin Milli Təhlükəsizlik müşaviri olmuş Con Bolton isə Putinin mümkün strategiyasını dəyərləndirərək, “O, rəqibinin zəif tərəflərinə görə hərəkət edəcək, güclü tərəflərinə görə deyil" deyib.

Boltonun fikrincə, Rusiya Ukraynanı işğal edəcəyi təqdirdə, anti-Rusiya terrorizminin uzanması təhlükəsi də var. O təklif edir ki, Qərb alyansı Rusiya ilə arada bufer zona yaratsın. Boltonun sözlərinə görə, Almaniya Rusiya qoşunlarını Ukrayna sərhədindən çıxarana qədər “Şimal axını 2” boru kəmərini də istismara verməməlidir.

Ekspertlər hesab edir ki, Ukrayna ətrafında gərginlik fonunda ilin ilk günlərində ABŞ-Rusiya danışıqlarının iflasa uğraması dünyanı soyuq müharibə illərini xatırladan qlobal böhrana sürükləyir. Qeyd edilir ki, tələbləri ABŞ və NATO tərəfindən qətiyyətlə rədd edilən Moskva Vaşinqtonun “burnunun dibinə” ordu yeridə bilər, bununla bağlı artıq mesaj da verilib. Belə ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Latın Amerikasındakı müttəfiqləri Kuba və Venesuelaya qoşun göndərə biləcəklərinə işarə edib.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ