şənbə günü, 03 oktyabr 2026
     

İslam Təşkilatı Bakıda təcavüzkar Ermənistan siyasətinə layiq olduğu ittihamları səsləndirdi... - FOTO/YENİLƏNDİ

Image


İslam Əməkdaşlıq Təşkilatı nümayəndə heyətinin mətbuat konfransı keçirilib. “Trend”in məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatı nümayəndə heyəti Ağdam və Gəncəyə səfərlə bağlı təəssüratlarını bölüşüb.

Qeyd edək ki, aprelin 6-da İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Ağdam və Gəncədə səfərdə olublar.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo deyib ki, münaqişə başa çatdı, lakin bərpa prosesi kifayət qədər vaxt aparan prosesdir. Bu münaqişədən əziyyət çəkən çoxlu sayda insanlar var. O qeyd edib ki, İƏT bərpa-yenidənqurma işlərində də dəstəyini davam etdirəcək: "Biz bütün İƏT üzvlərini çağırırıq ki, öz dəstəklərini göstərsinlər. Eyni zamanda, insanların psixoloji sarsıntılarının aradan qaldırılması lazımdır. Biz bütün bu məsələlərdə təşkilat üzvlərini Azərbaycana dəstək göstərməyə çağırırıq”.

Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama isə xatırladıb ki, İƏT 57 ölkədən ibarətdir və onlar ilk dəfə işğaldan azad edilmiş ərazilərə gedərək orada dağıntıların, Ağdamın yer üzündən silinməsinin şahidi olublar.

O qeyd edib ki, həmçinin münaqişədən əziyyət çəkən insanlarla da görüşüblər: “Gəncə şəhərində olduq. Raketlərin Gəncəyə vurduğu dağıntıları gördük. Məqsədimiz vəziyyəti yerində görmək, Azərbaycan hökuməti ilə müzakirələr aparmaq idi. Azərbaycan hökumətinə dəstək göstərəcəyik ki, həmin ərazilərdə həyatı yenidən bərpa etmək mümkün olsun. Biz üzv dövlətlərlə təmasları davam etdirəcəyik ki, Azərbaycana müvafiq dəstək göstərə bilək, orada məktəbləri, məscidləri bərpa edək. Biz şadıq ki, Azərbaycan öz torpaqlarını geri qaytardı”.

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycana öz səmimi dəstəyini göstərib. İslam dünyası bu məsələdə Azərbaycanın yanında yer aldı. Qərb dünyasında Azərbaycanın qələbəsi ilə bağlı bəzi xoşagəlməz fikirlər oldu, ancaq müsəlman dünyası Azərbaycanı dəstəklədi”.

Bunu isə İƏT Təmas Qrupunun nümayəndə heyətinin üzvü Mehmet Metin Eker deyib.

O qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanın yanında olacaq: “Ağdama səfər edərkən çox kədərli bir mənzərənin şahidi olduq. Ağdamda tək bir bina salamat qalmayıb. Ermənilər təkcə insanlara deyil, təbiətə, mədəniyyətə qarşı da düşmənçilik, vandallıq nümayiş etdirib. Məscidləri, dini abidələri məhv etmək mədəniyyətə qarşı vandallıqdır”.

M.M.Eker vurğulayıb ki, Azərbaycanın bu müharibədə qələbəsi İslam dünyasının qələbəsidir: “Azərbaycanın bu qələbəsi İslam dünyasında zülümlərin aradan qaldırılması üçün səbəb olacaq. İndi qarşıda duran əsas məsələ Qarabağda təhlükəsizliyi tam bərpa etmək və orada həyatı bərpa etməkdir. Bütün İslam dünyası bu məsələdə də Azərbaycanın yanında olacaq”.

İƏT Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dağlıq Qarabağ məsələsində daim Azərbaycanı dəstəklədiyini deyib. Bildirib ki, bu dəstək təkcə Azərbaycanın İƏT-ə üzv olması ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqedə olmasına görədir. Azərbaycanın öz ərazilərini işğaldan azad etməli olduğunu deyən Ahmad Kavaesa Senqendo qeyd edib ki, İƏT bundan sonra da Azərbaycanı dəstəkləyəcək: “Biz bundan sonra da Azərbaycana öz dəstəyimizi göstərəcəyik. 2016-cı ildə Təmas Qrupu yaradıldı. Biz ilk dəfə azad edilmiş ərazilərə səfər etmək imkanı qazandıq və həmin ərazilərdə dağıntıları gördük, binalara, məscidlərə qarşı ermənilərin törətdiyi vandallıqların şahidi olduq. Bu çox məyusedici, kədərli bir mənzərədir. Eyni zamanda məscidlərdə donuz, inək saxlanmasının şahidi olduq, qəbiristanlıqların, məzarların dağıdılmasını gördük. Bu onu göstərir ki, işğalçılar yalnız dirilərə deyil, ölülərə qarşı da vandallıqlar törədiblər. Şükürlər olsun ki, həmin ərazilər işğaldan azad edilib və inanırıq ki, o ərazilər bərpa ediləcək, yenidən qurulacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar”.

“Azərbaycanın nailiyyətləri İslam dünyasında digər münaqişələrin də həllinə ümidlər verir”. Bunu isə mətbuat konfransında Pakistanın İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx deyib.

O qeyd edib ki, 30 il ərzində İƏT bu məsələyə xüsusi diqqət yetirib və daim bunu öz gündəliyində saxlayıb: “Bu məsələni daim siyasi gündəliyində saxlayan bir Təşkilat olaraq biz bu uğurdan qürur duyuruq. Ölkə olaraq onu deyə bilərəm ki, Pakistan Azərbaycanı daim dəstəkləyib. Gələn il İslamabadda İƏT ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək və bu görüş zamanı bu regionda sülhün davamlı olması üçün fəaliyyət planı hazırlanmalıdır. Fəaliyyət planı digər İslam ölkələrində də münaqişələrin həlli üçün bizdə bir birlik yaradır. Azərbaycanın əldə etdiyi nailiyyətlər İslam dünyasında digər münaqişələrin də həllinə ümidlər verir.

Sonda onu da qeyd edim ki, Pakistan daim Azərbaycanın yanında olacaq. Biz bundan sonra da sülhün bərqərar olması üçün öz dəstəyimizi göstərəcəyik. Zəfəriniz mübarək! Qarabağ Azərbaycandır”.

Əfqanstanın İslam Əməkdaşıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Şafiq Samim Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük dağıntıların şahidi olduqlarını bildirib. O qeyd edib ki, həmin ərazilərdə salamat yer qalmayıb: “Biz bütün yaşayış məntəqələrinin və məscidlərin dağıdılmasının şahidi olduq. Biz Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini dəstəkləyirik. Bu müharibə ərəfəsində və müharibə zamanı Prezident İlham Əliyev Azərbaycan xalqının Ermənistan tərəfindən təcavüzə məruz qalmasını bütün dünyaya çatdırmağa nail oldu.

Biz, eyni zamanda, Gəncə şəhərini ziyarət etdik və orada dinc sakinlərin bombalanmasını gördük. Mən Əfqanıstanda bu barədə məlumat yayılmasına, televiziyalarda göstərilməsinə nail olmağa çalışacağam”.

Malayziyanın Azərbaycandakı səfiri Dato Yubazlan bin Yusof isə bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törətdiyi dağıntılar bütün insanlığa qarşı cinayətdir. Fürsətdən istifadə edib Azərbaycan xalqını qələbə münasibətilə təbrik etdiyini deyən səfir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərə səfər etmək və bütün prosesləri yaxından görmək imkanı olub: “Biz təkcə münaqişə zonalarına deyil, münaqişə zonalarına yaxın ərazilərdə də olmuşuq və insanların münaqişədən nə qədər əziyyət çəkdiyini görmüşük. Bütün bunların hamısı insanlığa, insanların əmlakına, ətraf mühitə qarşı cinayətdir. Məni məyus edən amillərdən biri ermənilər tərəfindən ibadət evlərinin dəhşətli vəziyyətə gətirilməsidir. Malayziya daim Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini nümayiş etdirib. Bizim dəstəyimiz İƏT Təmas Qrupu çətçivəsində də öz əksini tapıb.

Müharibə nəticəsində yaranmış vəziyyətin aradan qaldırılması üçün öz dəstəyimizi göstərəcəyik. İnanıram ki, İƏT dövlətləri azad edilmiş ərazilərin bərpa prosesində Azərbaycanın yanında olacaq”.

Qambiyanın İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) səfirinin müavini Əbubəkir Cah  bildirib ki, burada ədalətsizlik baş vermişdi və bu ədalətsizliyin aradan qaldırılması üçün Azərbaycan mücadiləyə qalxdı və qalib gəldi: "Biz işğaldan azad edilmiş ərazilərdə hər şeyin, məscidlərin dağıdılmasının şahidi olduq. Həmin ərazliərdə həyatı tamamilə məhv etmək cəhdləri olub, lakin buna nail olmayıblar. Həmin ərazilərdə yenə də ocaqlar yanacaq, o ərazilər bərpa olunacaq və insanlar öz doğma torpaqlarına qayıdacaqlar.

İƏT olaraq biz Azərbaycanla həmrəylik nümayiş etdirməli, eyni zamanda Azərbaycana qarşı törədilən bu cinayətlərin beynəlxalq məhkəmələrə çıxarılmasına nail olmalıyıq. Bu digər işğalçılara da nümunə olmalıdır ki, kiminsə ərazisini işğal edib oranı dağıtmaqla canını qurtara bilməyəsən”.

İƏT Təmas Qrupunun nümayəndə heyətinin üzvü Mehmet Metin Eker isə deyib ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana çağırış edə bilər. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin bərpa prosesi və insanların oraya qayıtması üçün ən ciddi problem ərazilərin ermənilər tərəfindən minalanmasıdır.

M.M.Eker xatırladıb ki, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Onun sözlərinə görə, İƏT bu yöndə bir çağırış edə bilər: “Bununla bağlı bu gün səfərin yekunları üzrə hesabatın hazırlanması zamanı müzakirə aparacağıq. Ermənistana beynəlxalq təzyiqləri artıraraq onun bu xəritələri verməsinə nail ola bilərik. Biz bu məsələni gündəmdə saxlayacağıq”.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin iqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavaesa Senqendo Təşkilatın Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanda mədəni abidələrə dəyən ziyanı qiymətləndirmək üçün iş aparacağını diqqətə çatdırıb. O bildirib ki, bu münaqişə nəticəsində Azərbaycanda mədəni abidələrə ciddi ziyan dəyib: “Biz bu məlumatları həm dünya ictimaiyyətinə çatdırmaq, həm də dəymiş ziyanı qiymətləndirmək üçün fəaliyyət göstərəcəyik”.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 17:31
Bir vaxtlar yalnız xəritədə adı qalan yaşayış məntəqələrimizdə indi həyat qaynayır… Prezidentin Qurultaydakı çıxışında qürurverici statistika...

03.10.2026 / 16:06
DİN-dən genişmiqyaslı əməliyyat - İran vətəndaşı da daxil olmaqla 8 nəfər yaxalandı, 68 kq narkotik ələ keçirildi... - VİDEO

03.10.2026 / 15:15
Faiq Ələkbərlinin Türk fəlsəfəsinə həsr olunmuş əsərinə dair düşüncələrim

03.10.2026 / 15:10
Təcavüz tarixinin təkrar olmaması üçün belə etməliyik - Prezident təyinatı verdi...

03.10.2026 / 14:37
BƏƏ prezidentinin müşaviri “Flydubai” təyyarəsində baş verən hadisəni terror aktı adlandırdı...

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:38
Prezident: "Bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər"

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:42
"Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir" – XİN

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ