“Sizi və Azərbaycan xalqını Qarabağın azad edilməsi və böyük Qələbə əldə olunması münasibətilə təbrik edirəm. Bu zəfərin sayəsində də biz rahatlıqla Şuşanı, Xudafərin körpüsünü, Kəlbəcərin minerallarla zəngin İstisu bulaqlarını ziyarət edəcəyik, Vətənimizin gözəlliyini bir daha görəcəyik.
Mən şagirdəm, Başqırdıstanın Ufa şəhərində yaşayıram, 7-ci sinif şagirdiyəm. Böyüyəndə tanınmış idmançı olmaq istəyirəm, buna görə davamlı olaraq futbolla məşğul oluram.
Mən çox fəxr edirəm ki, Sizinlə eyni gündə - 24 dekabrda doğulmuşam. Siz mənim üçün ən nümunəvi insansınız.
Bir daha Sizi qətiyyətiniz sahəsində qazanılan Qələbə münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənin rifahı naminə şərəfli işinizdə uğurlar arzulayıram”.
Bunu Prezident İlham Əliyevə yazdığı məktubda Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərindən Muradov Ramal yazıb.
Baki-xeber.com