“44 günlük müharibədən sonra bütün dünya Sizin müdrik bir lider kimi hansı gücə malik olduğunuzu bildi. Hətta 2 yaşlı oğlum da Sizi yaxşı tanıyır və Sizi televiziyada hər dəfə gördükdə “Azərbaycan” deyə müraciət edir. Biz Sizinlə fəxr edir, qürur duyuruq.
Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Onu da qeyd etmək istərdim ki, ötən il Sizin böyük qayğınız və Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə əməliyyat olundum. Siz məni dünya işığından məhrum olmaq təhlükəsindən xilas etdiniz. Sayənizdə mən sağ-salamat ailəmin yanına qayıtdım. Buna görə də Sizə sonsuz minnətdarlığımı bildirirəm”.
Bunu Prezident İlham Əliyevə müraciətində Ağsu şəhərindən Zamanov Murad Adil oğlu qeyd edib.
Baki-xeber.com