Dağlıq Qarabağdakı separatçı qurumun “təhlükəsizlik şurasının rəhbəri” Vitali Balasanyan İrəvanda ikigünlük səfərdə olub. Səfər zamanı separatçıların təmsilçisi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi və müdafiə naziri ilə görüşüb.
Bununla yanaşı, Balasanyan Ermənistanın ictimai televiziyasına müsahibə verərək utanmaz-utanmaz Azərbaycanı hədələyib. Bildirib ki, Ermənistan və Rusiya ilə iş apardıqdan sonra Əsgəran rayonunun bir hissəsini və Hadrut rayonunu qaytaracağıq: “Bakının Qarabağın Azərbaycan ərazisi olması barədə bəyanatı reallıqdan uzaqdır. Atəşkəsdən sonra Azərbaycan tərəfindən ərazi pozuntuları olub, amma onlar müvəqqəti xarakter daşıyır. Antiterror əməliyyatı həyata keçiriləcək. Bütün pozuntuların qarşısı alınacaq, o cümlədən də sülhməramlılar tərəfindən. Yaşayıb, Azərbaycanın yaxın gələcəkdə hansı vəziyyətə düşəcəyini görəcəyik”.
Belə görünür ki, bunların burnunu yenə əzməyə ehtiyac var. Çünki başlarından çox böyük danışırlar. Separatçı tör-töküntülər 44 günlük müharibənin nəticələrindən dərs çıxarmaq istəmirlər. Rusiya sülhməramlıları gələndən sonra onlar yenidən fəallaşmaq istəyirlər.
“Sülhməramlılar gələndən sonra erməni separatçılarında bir arxayınçılıq yaranıb”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, separatçıların yenidən “cəsarətlənməsi” təsadüfi deyil: “Son vaxtlar separatçıların təmsilçisi Balasanyan başından böyük bəyanatlar verir. Bunlar 44 günlük müharibə dövründə tülkü kimi gizlənmişdilər. Onların o cür çıxışlar etməsinin əsas səbəbkarı Rusiya sülhməramlılarıdır. Sülhməramlılar gələndən sonra erməni separatçılarında bir arxayınçılıq yaranıb. Məlum olduğu kimi, 44 günlük müharibə zamanı ermənilər məğlubiyyətin acısını daddılar. Onlar çox güclü zərbə aldılar. Nəticədə həm erməni ordusu, həm də cəmiyyəti demoralizə oldu. Ancaq buna baxmayaraq, bunlar öz ənənəvi erməni xislətindən əl çəkmirlər. Onlara da bu şansı yaradan sülhməramlılardır. Ona görə də hesab edirəm ki, Azərbaycan bu məsələdə çox sərt mövqe ortaya qoymalıdır. İlk növbədə bizim dövlətin müvafiq qurumları Balasanyan kimi cinayətkarları zərərsizləşdirməlidir. Onları tutub həbsə atmaq lazımdır. Digər tərəfdən, orada belə mövqedən çıxış edən erməni ya tərkisilah edilməlidir, ya da başına güllə vurulmalıdır. Yoxsa, o alçaqlar yerində dinc oturmazlar”.
Partiya sədri hesab edir ki, istənilən halda, Azərbaycan belə hallara qarşı sərt mövqe ortaya qoymalıdır.
Vidadi ORDAHALLI