Rusiya minatəmizləyən qrupunun zabiti Şuşa şəhəri ətrafında minaya düşərək həlak olub. Baki-xeber.com xəbər veri ki, bu barədə Rusiya mediası Rusiya Müdafiə Nazirliyinə istinadən məlumata yayıb.
"Şuşa yaşayış məntəqəsində yolun bir hissəsinin minadan təmizlənməsi zamanı partlayış baş verib. Nəticədə Beynəlxalq Minaəleyhinə Mərkəzin minatəmizləmə qrupunun zabiti ağır yaralanıb", - məlumatda deyilir.
Bildirilir ki, hərbçiyə operativ surətdə tibbi yardım göstərilib, lakin hospitala aparılarkən aldığı yaralardan keçinib.
MN-dən həlak olan hərbçinin ailəsinə hər cür yardım və dəstək göstəriləcəyini bildiriblər.