İsrail dövlətinin Aşkelon şəhərindən Azərbaycan yəhudisi Amirov Şloma Prezident İlham Əliyevə müraciət edib:
“Qələbə münasibətilə Sizi və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Eşq olsun şanlı Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan xalqına! Allah şəhidlərimizə rəhmət eləsin. Onların analarının qarşısında baş əyirəm.
Sentyabrın 27-dən başlayan prosesləri izləyirəm. Müharibənin getdiyi 44 gün ərzində alınan hər şəhər, rayon, kənd bizim üçün əziz və xoş oldu. İndi biz İsraildə başıuca, qamətimiz düz və böyük ruh yüksəkliyi ilə gəzirik. Artıq əminliklə deyə bilirik ki, Qarabağ Azərbaycandır!
Xoşbəxtəm ki, mənim vətənim Azərbaycandır!”
Baki-xeber.com