“Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda sentyabrın 27-dən başlatdığı Vətən müharibəsi dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirdi. Bu baxımdan, Qazaxıstanda yaşayan soydaşlarımız da birlik nümayiş etdirib, həmçinin Vətənə maddi və mənəvi dəstəklərini əsirgəməyiblər.
Kostanay vilayətində 5 minə yaxın soydaşımız yaşayır. Onlar müxtəlif regionlardan buraya gəliblər və ya ata-babaları sürgün olunub. Bizim hamımızı birləşdirən bir amal var - ana Vətənimiz, Azərbaycan dövləti və xalqı. Bunların ardınca dinimiz, dilimiz, adətlərimiz, ənənələrimiz, Azərbaycana olan bağlılığımız gəlir.
Biz - Qazaxıstanın Kostanay vilayətində yaşayan azərbaycanlılar azərbaycançılıq ideologiyasına sadiq insanlarıq. Kostanayda yaşayan azərbaycanlılar hər zaman xalqımızın, dövlətimizin və Ali Baş Komandan olaraq Sizin yanındadırlar. Bu gün qürur hissi ilə bildiririk ki, bizim haqq səsimizi eşidənlərin sayı gündən-günə artır. Sizin rəhbərliyinizlə erməni işğalçılarına qarşı aparılan "Dəmir yumruq" əməliyyatı tarixi Zəfərlə nəticələndi. Bu, bir daha göstərdi ki, Azərbaycan xalqı bölünməz, məğrur xalqdır.
Başda Siz olmaqla, dünya azərbaycanlılarını düşmən üzərində qazanılan şanlı Qələbə münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, yaralılarımıza şəfa versin.
Qarabağ Azərbaycandır!”
Bunu Qazaxıstan Respublikasının Kostanay şəhərindən Qazaxıstandakı "Birlik" Cəmiyyətinin sədri Hacıbalayev Rafail Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com