Bakının Xətai rayonundan hərbi jurnalist, II qrup əlil Umudlu Ellada Şirin qızı Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Hər sabahınız xeyirə açılsın. Sizin rəhbərliyinizlə qazandığımız Qələbənin sevincini yaşayırıq. Möhtəşəm Parad bizə qürurun, iftixarın necə ülvi hisslər olduğunu bir daha anlatdı. Ancaq bir müharibə veteranı kimi həmişə, xüsusən son aylarda məni ən çox narahat edən əsirlərimizin taleyi olub. Hər gün Allaha dua edirəm ki, onlar tezliklə əsirlikdən azad olub Vətənimizə qovuşsunlar. Bir neçə gün əvvəl əsir və girovlarımız Vətənə qayıdıblar. Yenə də Sizin sayənizdə, Sizin düzgün siyasətinizin sayəsində! Allah Sizi qorusun, cənab Prezidentimiz! Biz anaların xeyir-duası Sizin ünvanınızadır.
Biz xalq olaraq Sizinləyik, Sizinlə birlikdə addımlayırıq. Birinci Qarabağ müharibəsi veteranı kimi hər zaman əmrinizdəyəm. Azərbaycanımızın müdafiəsi, azad olunmuş torpaqlarımızın bərpası, gənc nəslə hərbi-vətənpərvərlik tərbiyəsinin aşılanması yolunda son nəfəsimədək çalışmağa hazıram. Bugünkü zəfər günlərimizdə Sizin - qalib sərkərdəmizin adı və müzəffər Ordumuz tarix səhifələrinə qızıl hərflərlə yazıldı. Tanrı Sizi qorusun! Tanrı müzəffər Ordumuzu qorusun! Tanrı millətimizi qorusun! Yaşasın Azərbaycan! Yaşasın qalib Prezidentimiz İlham Əliyev!”.
Baki-xeber.com