“Siz öz əzmkarlığınızla Azərbaycan xalqının başını uca etdiniz, bizlərə sevinc yaşatdınız. Yaşlı nəslin hər bir nümayəndəsi Sizin "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adını daşımağınızı istəyir. Çünki Sizin bütün işlərinizlə bu ada layiqdir.
Cənab Prezident, atanız, Ümummilli lider Heydər Əliyev 1996-cı ildə Nizami rayonunda özünə məskən salmış bir dəstə Vətən xaininin yaratdığı çaxnaşmanın qarşısını öz müdrik siyasəti ilə aldı. Siz də o dahi şəxsiyyətin övladı, layiqli davamçısısınız. Sizin gördüyünüz işlər onun ruhunu şad edir. Siz Azərbaycan xalqını böyük bəladan xilas etdiniz.
Azərbaycan xalqının həmişəlik sevimli Prezidenti İlham Əliyev, Siz müharibə dövründə bir çox çətinliklərlə üzləşdiniz. Bir tərəfdən müharibə, digər tərəfdən isə xarici jurnalistlərin atmacalı sualları. Siz onların cavabını çox məharətlə verdiniz. Allah Sizi qorusun! Siz bizim üçün əbədi Prezidentsiniz”.
Bu fikirləri Bakının Nizami rayonundan Prezident İlham Əliyevə ünvanladığı müraciətində Quliyev Telman vurğulayıb.
Baki-xeber.com