“Azərbaycan xalqı üçün misli görünməmiş tarixi və şərəfli anların yaşandığı günlər, həftələr və aylarda ürəyi Vətən hissi ilə döyünən bir azərbaycanlı kimi, mən Sizə bir daha müraciət edirəm.
2020-ci il sentyabr ayının 27-dən başlanan şanlı qələbələr silsiləsinin hər birində - kəndlərimiz, qəsəbələrimiz düşməndən geri alındıqca, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Şuşa rayon mərkəzləri, bizim tarixi şəhərlərimiz qəhrəman Ordumuzun əfsanəvi şücaəti ilə azadlığa qovuşduqca Sizə təbriklərimi çatdırmış, dualarımı, arzularımı bildirmişəm. Mən həyatım boyu heç vaxt Sizə və Ordumuza dualar etdiyim həmin anlardakı qədər ruhən yüksək, qəlbən qürurlu və xoşbəxt olmamışam.
... Sizin də qeyd etdiyiniz kimi, son iki ayda Vətən müharibəsindəki tarixi qələbələrimizlə bağlı saysız-hesabsız məktublar, müraciətlər alırsınız. Əslində, bu, xalqın səsidir, hər bir vətəndaşın ifadə etdiyi mənəvi borcdur. Tarixən və indiki zamanda dünyanın heç bir yerində heç bir dövlət rəhbəri öz xalqı, soydaşları tərəfindən bu qədər sevilməyib. Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun çaldığı Zəfər dünyada yaşayan, Qarabağ dərdi çəkən bütün türkdilli xalqların başını uca etdi, türkün gücünü bütün dünyaya göstərdi.
Bizim Qələbəmizə dünya heyrandır. Uzun illərdən bəri davam edən erməni işğalına nəhayət ki, son qoyuldu. Düşmən əzəli torpaqlarımızdan qovuldu, haqq-ədalət öz yerini tapdı.
...Bugünkü təbrik məktubumda iki vacib məqam var – onlardan birincisi odur ki, Azərbaycan Ordusu Ağdamda, Kəlbəcərdə olduğu kimi, bir güllə atmadan, bir əsgər itkisi vermədən dağlar qartalı möhtəşəm Laçına Azərbaycan Bayrağını - Qələbə bayrağını sancdı..
İkinci qürurlu məqam onunla bağlıdır ki, Azərbaycan xalqı Vətən müharibəsində tam qələbə çaldı, zəfər marşını səsləndirdi. Yüksək mənəviyyatlı, humanist təbiətli Azərbaycan övladları coşqun qələbə ovqatını yaşadığı anlarda yenə də təmkin nümayiş etdirirdi. Sizin rəhbərliyinizlə aparılan islahatlar tezliklə Qarabağda da öz töhfələrini verəcək, digər ərazilərimiz kimi, işğaldan azad olunmuş torpaqlarımızda da dövlətçilik və qanunçuluq prinsipləri bərqərar ediləcəkdir.
...Biz xoşbəxtik, çünki varlığımız ümidlə doludur. Biz inanırıq ki, Azərbaycan xalqına məxsus bir qarış, bir zərrə torpaq bundan sonra heç vaxt yadların təcavüzünə məruz qalmayacaq, Vətənimizə göz dikən olarsa, amansızlıqla susdurulacaq və məhv ediləcək.
Bu tarixi Qələbənin böyük əhəmiyyəti qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaq. Müzəffər Ordumuzun bu dəyərli hərbi-siyasi Qələbəsinin əhəmiyyəti heç nə ilə müqayisə edilə bilməz.
Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan!
Yaşa, Ali Baş Komandan!
Var ol, Azərbaycan Ordusu!
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!”
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Bakı şəhərindən “Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Paşayeva qeyd edib.
Baki-xeber.com