Rusiya Federasiyasının Moskva şəhərindən Moskva şəhərinin qərb inzibati dairəsində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin sədri, hüquqşünas Kazımov Əli Əliağa oğlu Prezident İlham Əliyevə müraciət edib.
“Möhtəşəm Qələbəmiz və Zəfərimiz münasibətilə Sizi və xalqımızı Moskvada yaşayan azərbaycanlılar adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Eyni zamanda, Ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurla davam etdirilməsi işində Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram.
Sizi əmin edirəm ki, biz, Moskvada yaşayan azərbaycanlılar məqsədyönlü daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Azərbaycanın şanlı və müzəffər ordusunun danılmaz əməyi də göz qabağındadır.
Biz Vətəndən kənarda olsaq da, şanlı ordumuzun qüdrəti, dünya arenasındakı mövqeyi bizi çox qürurlandırır və qəlbimizdə böyük fərəh hissi yaradır.
Azərbaycanın işıqlı gələcəyi naminə Tanrı Sizi və şanlı ordumuzu qorusun! Yaşasın güclü və qüdrətli Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı! Yaşasın şanlı və müzəffər ordumuz!” - deyə Ə.Kazımov İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com