“Bizlərə böyük Qələbəni yaşatdığınız üçün Siyəzən rayon gəncləri adından, şəxsən öz adımdan, ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm. 400-ə yaxın siyəzənli gənc Vətən müharibəsində iştirak edib. Biz siyəzənlilər Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Xalqımıza Sizin kimi sərkərdə bəxş etdiyi üçün Allaha duaçıyıq.
Kursant olarkən mənə Ümummilli liderlə üç dəfə görüşmək nəsib olub. Mən bunu heç zaman unutmayacağam. Siz xalqımızın qəhrəmanısınız. Allah Sizi və ailənizi qorusun”.
Bunu Siyəzən rayonundan ehtiyatda olan zabit, 2-ci qrup müharibə əlili, Prezident təqaüdçüsü Tağıyev Tural Eyyam oğlu Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com