“Mən hələ 1942-ci ildə Vətənimi faşizmdən qorumaq üçün könüllü olaraq cəbhəyə yollanmaq istəsəm də, yaşımın az olmasına görə yalnız 1944-cü ildə döyüşlərdə iştirak edə bildim.
Faşist Almaniyası üzərində Qələbənin iştirakçısı olmaqdan hər zaman qürur hissi duymuşam. Qələbədən sonra isə "Əmək veteranı" fəxri adı almışam.
Mən xoşbəxt insanam ki, gözlərimin müalicəsi Zərifə xanım Əliyeva tərəfindən aparılıb. Bu gün 96 yaşımda eynəkdən istifadə etmirəmsə, bu, Zərifə xanımın sayəsindədir. Allah onun ruhunu şad etsin, qəbri nurla dolsun.
Siz isə, cənab Prezident, dünyanın ən xoşbəxt insanısınız. Siz Zərifə xanımın laylası ilə boy atıb, onun tərbiyəsi ilə böyümüsünüz, ulu öndərin həyat, tarix, siyasət məktəbini bitirmisiniz.
Sizin "dəmir yumruğunuz", güclü diplomatiyanız, Azərbaycan xalqının birliyi sayəsində Qarabağımız, gözəl Şuşamız işğaldan azad olundu, Azərbaycan dövlətinin ərazi bütövlüyü bərpa edildi.
Mən daim inanırdım ki, biz bu müharibədən qalib çıxacağıq. Çünki inanırdım ki, Sizin kimi sərkərdə ilə biz bütün mübarizələrdə mütləq qalib olacağıq.
Mən 96 yaşlı ağsaqqal kimi Azərbaycan-Türkiyə qardaşlığının daim möhkəmlənməsini, xalqlarımızın əmin-amanlıq şəraitində yaşamasını arzulayıram”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Beyləqan rayonunun Şərq kəndindən Məmməd Məmmədov bildirib.
Baki-xeber.com