Türkiyə minatəmizləyənlərindən ibrət 136 nəfərlik bir qrup Azərbaycana gəlib. Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabında paylaşılıb.
Məlumatda deyilir: "Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə (ÖMAT) qruplarından 136 nəfərlik şəxsi heyət Azərbaycana göndərildi və qəhrəman Azərbaycan Ordusunun işğaldan qurtardığı Qarabağdakı minalanmış ərazilərin təmizlənməsi üçün işə başladı".