“Siz bizə ən xoş günlərimizi, ən xoş arzularımızı Cəbrayılın, Zəngilanın, Xocalının, Füzulinin, Xocavəndin, Ağdamın, Ağdərənin, Xankəndinin, Kəlbəcərin, Laçının, Azərbaycanın döyünən ürəyi olan Şuşanın işğaldan azad edilməsi və Qələbəmizin təmin olunması xəbərlərini bizə çatdırmaqla 27 illik Vətən həsrətimizə son qoydunuz.
Dünyaya göz açdığım, havası səfalı, suyu şəfalı doğma Kəlbəcərimizə qayıdacağımız gün yaxındadır. Bu tarixi Zəfər bayramını bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdarlığımızı bildiririk, cənab Prezident! Uca Tanrı Sizə yar olsun! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Yaşasın rəşadətli Ordumuz!”
Bunu Prezident İlham Əliyevə müraciətində Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən Nadirov Elnur Səttar oğlu bildirib.
Baki-xeber.com