“Mən Azərbaycanın yeni inkişaf tarixinin başlanğıcını qoyan Böyük Zəfərə görə Sizə təşəkkür edirəm. Azərbaycan Ordusu Sizin "Qarabağ Azərbaycandır!" şüarınızı gerçəkləşdirərək tariximizin qara ləkəsini təmizlədi. Bütün bunlar cəmi 44 gün ərzində baş versə də, bu, uzun illər aparılan ordu quruculuğunun, iqtisadi və siyasi sahələrdəki uzaqgörən, uğurlu addımlarınızın və diplomatiyanızın nəticəsidir.
Cənab Prezident, Siz "Biz birlikdə güclüyük, bir yumuruq kimiyik" deməklə bütün hədəfləri bir nöqtəyə yönəltməyi bacardınız. Bununla da indiki və gələcək nəsillər üçün möhkəm təməlli mənəvi dəyərlər formalaşdırdınız.
...Sizə torpaqlarımızı işğaldan azad edən "Xilaskar" və ya ərazi bütövlüyümüzü bərpa edən "Fateh" kimi ən yüksək titulların verilməsini istərdim. Tariximizdə sərkərdələrimiz çox olub, ancaq 30 il işğal altında qalan torpaqları 44 günə azad etmək heç kimə nəsib olmayıb. Siz ölkəmizin cənnət guşələrini mənfur ermənilərdən xilas etdiniz. Bu Qələbənin memarı Sizsiniz. Yeni nəsil Sizi Fateh kimi tanımalıdır!
Mən Birinci Qarabağ müharibəsi veteranıyam. Ulu Öndərimizin çağırışı ilə 1993-cü ilin iyulundan atəşkəs dövrünədək Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Ancaq etiraf edim ki, bu 44 günlük Vətən müharibəsi günlərində dəfələrlə "kaş ki, məndə bu müharibədə əsgər olardım" deyirdim.
Bu tarixi Zəfər münasibətilə şəxsən öz adımdan və ailəmin adından Sizi və xalqımızı bir daha təbrik edirəm.
Qələbən mübarək, Azərbaycan!”
Bu sözləri Bakının Xəzər rayonundan Yusibov Rahim Səmid oğlu Prezident İlham Əliyevə müraciətində vurğulayıb.
Baki-xeber.com