“Əvvəla, Sizi bu möhtəşəm Qələbə münasibətilə təbrik edirəm. Allah Sizi və ailənizi qorusun. Sizin kimi mərd, qətiyyətli, uzaqgörən övlad yetişdirən ata və ananıza halal olsun.
Cənab Prezident, mənim 87 yaşım var, əvvəllər çox əziyyətlər çəkmişəm. Sağ olun, indi yaxşı şərait yaratmısınız, biz də firavan yaşayırıq. Bir daha Sizi təbrik edirəm. Nə yaxşı ki, dövlətimizin Sizin kimi müdrik rəhbəri var”.
Bunu İsmayıllı rayonunun Talıstan kəndindən Mehdiyeva Giləxanım Mirzəməmməd qızı Prezident İlham Əliyevə müraciətində deyib.
Baki-xeber.com