“İlk növbədə, Sizi salamlayıram. Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm və Sizə minnətdarlığımı bildirirəm. Siz illərlə Vətən, yurd, torpaq həsrəti çəkən qarabağlıları sevindirdiniz, onların həsrətinə son qoydunuz.
Çox sağ olun, cənab Prezident. Allah Sizi Azərbaycana, xalqımıza, o cümlədən naxçıvanlılara çox görməsin. Necə ki, müzəffər oldunuz, həmişə Müzəffər Ali Baş Komandan kimi dövlətimizin başında olasınız. Sizin də dediyiniz kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bunu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndindən ehtiyata buraxılmış könüllü əsgər Nağıyev Abbas İlham oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com