Bazar günü günü, 11 oktyabr 2026
     

Ermənistan faşizminin qurbanı olmuş son azərbaycanlı şagirdlərin xatirəsinin rəmzləşdirilməsi...

Image


27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində 10 şagird həlak olub, 16 şagird yaralanıb, 54 təhsil müəssisəsi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Beynəlxalq insan hüquqları gününə həsr olunmuş tədbir zamanı çıxışında deyib.

Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

Ermənistan hərbi qüvvələrinin hücumları nəticəsində həlak olan, erməni cinayətkarlarının hədəfinə çevrilən bu şagirdlərimizin xatirəsinin əbədiləşdirilməsində ermənilərin bu cinayətini necə simvollaşdırmaq olar?

  • Məhərrəm Zülfüqarlı: “Ermənistanın son cinayətləri nəticəsində həlak olan şagirdlərimizin xatirəsinə abidə qoyulmalıdır”

AVCİA-nın vitse-prezidenti, tarix elmləri doktoru, professor Məhərəm Zülfqarlının fikrincə, Ermənistan faşizminin qurbanı olan şagirdlərimizə abidə qoyulmalıdır və bu abidə o şəkildə işlənməlidir ki, özündə məsum uşaqlarımızın erməni vandalizminin qurbanı olduğu əksini tapsın. “Faşist Ermənistan 44 günlük müharibədə Azərbaycanın dinc, mülki əhalisini hədəfə aldı, uşaqlar da daxil olmaqla saysız insan həlak oldu. Həlak olanlar arasında 10 şagirdin də olması onu göstərir ki, Ermənistan bir dövlət olaraq humanizmdən, insanlıqdan kənar siyasət yürüdür və faşist davranışları nümayiş etdirir. Hesab edirəm ki, Ermənistanın  ağırçaplı silahlardan, qadağan olunmuş raketlərdən atəş açması nəticəsində həyatını itirən Azərbaycan məktəblilərinin xatirəsinin əbədiləşdirilməsinə başlanmalıdır. Bizim şagirdlər erməni cinayətlərinin qurbanı olub, arzuları, istəkləri güllələnib. Ermənistanın son cinayətləri nəticəsində həlak olan şagirdlərimizə abidə qoyulmalı və bu abidədə Ermənistan faşizminin bütün detalları əks olunmalıdır ki, bu abidəni görən adam onların hansı dövlət tərəfindən öldürüldüyünü görsün. Bunun üçün Təhsil Nazirliyi hərəkətə keçməli və erməni faşizminin qurbanı olan məktəblilərimizə qoyulacaq abidə ilə bağlı müsabiqə elan etməlidir. Bu müsabiqədə heykəltəraşlar işlərini təqdim etsinlər”.

M.Zülfüqarlı hesab edir ki, bundan əlavə, həmin şagirdlər haqqında kitablar yazılmalı, KİV-də, sosial şəbəkələrdə ən müxtəlif xarici dillərdə məqalələr, məlumatlar yayılmalıdır. Bizim bu məsələni daha çox təbliğ etməli və onu beynəlxalq ictimaiyyətə çatdırmalı olduğumuzu deyən M.Zülfüqarlının fikrincə, eyni zamanda, orta məktəblərdə də şagirdlərə erməni vandalizminin, cinayətlərinin qurbanı olan şagirdlərimiz haqqında ətraflı məlumatlar verilməlidir: “Ermənistan faşizminin mahiyyəti çatdırılmalıdır ki, bu cinayət unudulmasın, eyni zamanda, bu nasistlərin hədəfinin Azərbaycan uşaqları, Azərbaycanın dinc əhalisi olduğu haqda davamlı olaraq şagirdlərimizə bilgilər verilməlidir”.

  • İlqar Orucov: “Ermənistanın bu qanlı cinayətlərinin qurbanı olan məktəblilərimizin xatirəsi əbədiləşdirilməlidir”

Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İlqar Orucovun fikrincə, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində təkcə məktəblər dağıdılmayıb, təkcə mülki əhaliyə hərtərəfli ziyan dəyməyib, eyni zamanda, təhsil işçilərimiz də, şagirdlərimiz də bu cinayətlərə tuş gəldilər: “Əvəla onu qeyd edim ki, Vətən müharibəsində müəllimlərimiz də böyük qəhrəmanlıq nümunələri göstərdilər. Hətta rayon təhsil şöbələrindən birinin müdiri və bir neçə müəllimimiz şəhid oldu. Əslində, müəllimlər bir daha göstərdilər ki, onlar yalnız məktəbdə şagirdlərə Vətəni sevməyi öyrətmirlər, eyni zamanda, onlar Vətənin çətin günündə onun müdafiəsində öz şücaətlərini göstərirlər. Bu müəllimlərimiz öz şagirdlərinə vətənpərvərlik nümunəsini öz canları-qanları bahasına nümayiş etdirdilər. Əlbəttə, Ermənistan faşizmi nəticəsində 10 şagirdimizin həlak olması, 16 şagirdimizin isə yaralanması erməni təcavüzünün, ermən vəhşiliyinin bariz nümunəsidir. Hətta bilirsiniz ki, müharibə gedən dövrdə Azərbaycanda 1200 məktəb bütövlükdə fəaliyyətini dayandırdı. Bu, əslində, onunla bağlı idi ki, düşmən çox qəddardır, bütün müharibə qanunlarını, bütün sivil qanunları, bəşəriyyətin tərəfdar çıxdığı bütün dəyərləri tapdayaraq məktəblərə, məktəblilərə, mülki əhaliyə atəş açırdı. Erməni faşistləri bizim şagirdlərimizi öldürdü, yaraladılar. Əlbəttə, Ermənistanın bu qanlı cinayətlərinin qurbanı olan məktəblilərimizin xatirəsi əbədiləşdirilməlidir. Biz onları unutmamalıyıq. Bu şagirdlərimizin arzuları düşmən cinayətləri nəticəsində nakam qaldı, onların gələcəkləri məhv oldu”.

İ.Orucovun sözlərinə görə, təkcə erməni faşizmi nəticəsində həyatını itirən 10, yaralanan 16 şagirdlə məsələ bitmir, bu gün bizim yüzlərlə şagirdimiz var ki, onlar bundan stress keçirir, müharibənin acısını indi də yaşayırlar. “Şəhid olan nə qədər valideynimiz var ki, onların övladları bu stressi yaşayır və əbədi olaraq da yaşayacaqlar.

İctimai Şura olaraq Təhsil naziri Emin Əmirullayevlə görüşdə təklif etdik ki, dərsliklər yenilənməlidir. Xüsusən də bu dərsliklərdə Vətən müharibəsində igidlik göstərmiş və şəhid olmuş hərbçilərimizin xatirəsi əbədiləşdirilməli, onların qəhrəmanlıqları gələcək nəsillərə ötürülməlidir. Hesab edirəm ki, Ermənistan faşizminin qurbanı olan şagirdlərimiz haqqında ədəbiyyat, tarix dərsliklərində məlumatlar əks olunmalıdır. Onların xatirəsi unudulmamalı və onlar daim xatırlanmalıdır. Biz bununla gələcək nəsillərə nümunə göstərə bilərik ki, bizim Ermənistan  kimi qəddar, cinayətkar düşmənimiz var və onlar ermənilərin bu cinayətlərini heç zaman unutmasınlar. Bu baxımdan, fikrimcə, dərsliklərdə həlak olan şagirdlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün işlər görülməlidir. Deyim ki, artıq bu istiqamətdə işlər gedir, məlumatlar toplanır, dəqiqləşdirilir, bizim dərsliklərimizdə mütləq şəkildə erməni faşistlərinin qətlə yetirdikləri şagirdlər haqqında məlumatlar yer alacaq. Bununla iş bitməməlidir, eyni zamanda, həmin şagirdlərin xatirəsi onların təhsil aldığı məktəblərdə əbədiləşdirilməlidir. Düşünürəm ki, onlarla bağlı xüsusi guşələr yaradılmalı, onların doğulduqları, qətlə yetirildikləri tarix, şəkilləri əks olunmalıdır. Həmçinin də o şagirdlərin oxuduqları siniflərdə sinif otaqlarında xüsusi partaların ayrılması, onların xatirələrinin sinif yoldaşları tərəfindən daim əziz tutulması, onların sanki əbədi olaraq sinifdə olması təəssüratı yaradılmalıdır. Hansı məktəbdə ki, həyatını Ermənistan faşizmi nəticəsində itirən şagird var, orada bu cür addımlar atılsa, hər yeni sinif həmin sinifdə təhsil alarkən bir daha onları xatırlayacaq. Bununla da biz erməni təcavüzünü, faşizmini gələcək nəsillərə ötürə biləcəyik”.

İ.Orucov vurğuladı ki, artıq bu istiqamətdə proseslər başlanıb, Təhsil Nazirliyi xüsusilə dərslik məsələsi ilə bağlı işlərə başlayıb. Ekseprt ümid edir ki, növbəti tədris ilində biz yeni dərsliklər görə biləcəyik və bu dərsliklərdə məhz bu kimi məqamlar yer alacaq. “Ənənəvi dərslərə başlandıqda artıq məktəblərdə şəhid olan şagirdlərimizlə, müharibədə qəhrəmanlıqla şəhidliyə qovuşan məzunlarla, şəhidlərimizlə bağlı xüsusi lövhələrin, guşələrin şahidi olacağıq” - deyə İ.Orucov qeyd etdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ