“Bu məktubu Sizə böyük qürur və fəxarət hissi ilə yazıram. Otuz illik dərd, qəm və kədər Sizin rəhbərliyinizlə sona çatdı.
Mən birinci Qarabağ müharibəsində iştirak etmişəm və qazi olmuşam. 26 il idi sanki nəfəs ala bilmirdim. Lakin noyabrın 10-da Sizin xalqa müraciətiniz zamanı dediyiniz "artıq Qarabağ Azərbaycanındır!" ifadəsini eşitdikdə sanki mənim üçün yeni həyat başladı.
Bu sevinc hissini bizə yaşatdığınız üçün Sizə minnətdaram. Müzəffər Ordumuzun qələbəsi münasibətilə Sizi şəxsən öz adımdan və ailəmin adından təbrik edirəm”.
Bunu Ağdaş rayonundan Quluyev Cavanşir Şəmil oğlu Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com