şənbə günü, 04 aprel 2026
     

“Qarabağ məliklərini kim və necə "erməniləşdirdi”...

Image


Son dövrlər Qarabağ məlikləri məsələsi tez-tez gündəmə gəlir, hətta Ermənistan rəhbərliyi dəfələrlə Qarabağ məliklərinin “erməni kökənli” olduqlarına işarə vurub və iddia edib ki, onlar indiki Qarabağ ermənilərinin “ulu keçmişidirlər”.

Qarabağda neçə məliklik olub və onların ermənilərlə hansı genetik bağları var?

Yeri gəlmişkən, qeyd edək ki, “Mosfilm”in direktoru Karen Şahnazarov bir neçə gün əvvəl Azərbaycan mətbuatına müsahibəsində özünü Qarabağ məliklərinin nəslindən olan “erməni” adlandırıb. Tarixçilərin verdiyi bilgilərə görə, Qarabağda beş məliklik olub - Dizaq, Gülüstan, Vərəndə, Xaçın  və Crabert.

  • Ənvər Çingizoğlu: “Qarabağ məlikləri çarın məlum fərmanından sonra qriqoryanlığı məcburiyyət qarşında qəbul ediblər”

Tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğolu bizimlə söhbətində qeyd etdi ki, Qarabağ məlikləri erməni deyil, lakin Çar Rusiyasının Qarabağı istila etməsindən sonra onların zorən erməniləşdirilməsi prosesi həyata keçirilib. O qeyd etdi ki, imperator I Nikolayın 11 mart  1836-cı il tarixli fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə, Alban Həvari kilsəsinin müstəqilliyi ləğv edilib və o, erməni qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilib. Alban kilsəsi 1836-cı ildə Rusiya tərəfindən erməni qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılıb.

“Dizaq məliklərindən başlayaq. Dizaq məliklərinə aid olan Məlikyeqanovlar və ondan sonrakı Məlikaslanovlar bir nəsildirlər. Onlar Loru-Pəmbək qəzasından Qarabağa gəliblər və onların əsilləri vaxtilə ora gəlmiş hun-qıpçaqdır. Gördüyümüz kimi, Dizaq məlikləri hun-qıpçaq nəslindəndir və onların ermənilərlə heç bir genetik bağlılığı yoxdur.

İkincisi isə Vərəndə məlikləridir ki, onlar da Məlikşahnazarovlardır. Onlar Göyçəyə Xilat ətrafından gəlib məskunlaşıblar, sonra isə Qarabağa köçüblər. Bunlar da erməni mənşəli deyillər.

Gülüstan məliklərinə isə Məlikusubovlar deyirdilər. Gülüstan məlikləri mənşəcə, soykök etibarilə udidilər, onlar Qarabağa Şirvandan – Qəbələ ətrafından, Nicdən köçüb məskunlaşıblar. Crabert (Çiləbörd, Çalaberd, Çələbiyurd) məlikləri isə Zəngəzurdan - Qafan ətrafından Qarabağa köçüblər. Onların da əsilləri Əxlatdan, Xilatdan gəlib. Onlar rumludurlar. Xaçın məlikləri yerli albanlardır, bunlar tarixən bu yerlərdə yaşayıblar. Onların əsilləri-nəsilləri orta çağlardan Xaçın mahalını idarə ediblər. Bunlar kök etibarilə təmiz albandırlar.

Qarabağ məlikləri çarın məlum fərmanından sonra qriqoryanlığı məcburiyyət qarşısında qəbul ediblər, bununla da onlar  təriqət baxımından ermənilərlə bir təriqətdirdir, amma soykök etibarilə məliklər qətiyyən erməni deyillər. Qriqoryanlığa görə də ermənilər Qarabağ məlikliklərini əsassız olaraq öz adlarına çıxırlar, onların erməni olduqlarını iddia edirlər.

Qeyd etdiyim kimi, ruslar Qarabağa gələndən sonra Rusiya çarının xüsusi fərmanı ilə Qarabağ məliklərini qriqoryan kilsəsinə daxil ediblər. Amma buna qədər özlərinin xüsusi kilsələri, ortadoks dinləri vardı. Söhbət alban kilsəsindən gedir”.   

  • Qasım Hacıyev:Qarabağda mövcud olan bu beş məlikliyin heç biri erməni olmayıb və onların “erməni” adlandırılması da səhvdir”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev də bildirir ki, Qarabağ məlikləri erməni deyil: “Ermənilər XX əsrin əvvəllərində bir məsələ qaldırıblar ki, guya Qarabağ ərazisindəki məlikliklər “erməni məlikləri” olub və həmin məlikliklər yarananda “erməni dövlətinin əsasını” təşkil edib (?). Guya ki, Qarabağ xanlığının bütün sahibkarları bunlar imiş. Bu saxta iddialarla ermənilər əvvəl Çar Rusiyasına, sonra isə rəsmi Moskvaya müraciət edirdilər ki, “bu ərazilərdə qədimdən bizim babalarımız yaşayıb, onlar erməni məlikləri olub”. Əlbəttə, bu, kökündən tamamilə yanlış bir məsələdir. Qarabağ məliklərinin ümumiyyətlə erməni olması iddiası tamamilə yanlışdır. Onu da vurğulayım ki, hətta 1895-ci ildə də ermənilər Rusiya qarşısında məsələ qaldırmışdılar ki, “Qarabağdakı məliklər bizim babalarımızdır, onlar erməni dövlətinin əsasını yaradıblar”. Rusiyaya başqa uydurma, mifik düşüncələr əsasında müraciətlər də edirdilər ki, guya Qarabağda onların başqa “qədim dövlətləri” də olub (?). Bununla da ermənilər onlarla heç bir əlaqəsi olmayan Qarabağ məliklərinin dövlətçilik ənənələrini öz adlarına qələmə verirdilər. Ermənilər daha böyük həyasızlıq edərək, Pənahəli xanı, İbrahimxəlil xanı kənarda qoyaraq, Qarabağ xanlığını nəzərə almayaraq, iddia ediblər ki, burada “dövlətçiliyin əsasını ermənilər qoyub”. Hətta belə yanlış, cəfəng iddia irəli sürüblər ki, guya Kürəkçay müqaviləsi Qarabağ xanı İbrahimxəlil xanla Rusiya arasında yox, “erməni” məlikləri ilə Rusiya arasında imzalanıb. Amma tarixi faktlar, həmin müqavilələr, bütün araşdırmalar göstərdi ki, nə Kürəkçay, nə Gülüstan, nə də Türkmənçay müqavilələrinin imzalanmasında bir nəfər də olsun məliyin adı yoxdur.

Ümumiyyətlə, bu məliklər kimlər idi? Qarabağ ərazisində beş məliklik vardı. Məlik sözü ərəb sözüdür, mənası mülk sahibləri deməkdir. Beləliklə, xırda mülk sahibləri olan məliklər Qarabağ xanına tabe idi və onlar xanın bütün ilxısını saxlamağa, ona bac-xərac, lazım gələndə orduya adamlar verməyə borclu idilər. Hər bir dövlətin tərkibində müxtəlif inzibati ərazi bölgüləri olduğu kimi, Qarabağda da ayrı-ayrı yerlərdə yaşayan məliklər bu inzibati qurumun içində xalqın bir hissəsini təşkil edirdilər. Yəni xalqın içərisində idilər. Bunlar Xaçın, Dizaq, Çiləbörd, Gülüstan və Vərəndə məliklikləri idi. Hətta ermənilər onları “Xəmsə məlikləri” adlandırırlar. “Xəmsə” də fars sözüdür, beşlik deməkdir. Qarabağda mövcud olan bu beş məlikliyin heç biri erməni olmayıb və onların “erməni” adlandırılması da səhvdir, bu məliklərin ermənilərlə heç bir genetik bağlılığı yoxdur, onlar xristian-alban məlikləri idilər, onlar erməni deyil. Tarixən Qafqaz xalqları ilə bir kökdən olan albanlar yalnız dininə görə sonralar digər xalqlardan fərqlənirdilər. Yəni Azərbaycanın çox yerində müsəlmanlıq qəbul olunanda bu ərazilər ki, xilafət tərəfindən zəbt edilmişdi, burada İslam dinini qəbul etdirmişdilər. Bu ərazinin bir hissəsini İslamı qəbul edən müsəlmanlar təşkil edirdi, amma dağlıq ərazidə yaşayan alban-xristianlar müsəlman dinini qəbul etmədilər. Çünki o vaxt xilafət onları dinlərini dəyişməyə məcbur etmirdi və əgər vergi verərdilərsə, həmin hissə öz dinində qala bilərdi. Bu, başqa ərazilərdə də belə olub. Eyni zamanda, Qarabağda məliklər öz dinlərində - xristianlıqda qalmaq üçün vergi verməyə başladılar. Beləliklə, ərəb xilafəti onlara dəymədi və bu xalq iki yerə bölündü, bir hissəsi xristianlıqda qalan, bir hissəsi isə müsəlmanlığı qəbul edən albanlar kimi qaldı”.

Q.Hacıyevin sözlərinə görə, qədim dövrlərdə albanlar bir çox tayfadan ibarət olub, o cümlədən də əksəriyyətini türklər təşkil edib. Müsahibimiz qeyd etdi ki, Çar Rusiyası dövründə yox, əsasən sovet dövründə ermənilər məliklərin adlarından istifadə edərək Qarabağa qarşı əsassız ərazi iddialarını ortaya qoydular. “Onların bu əsassız iddiaları isə havadan asılı qaldı. Çünki Qarabağ məliklərlərinin heç biri erməni mənşəli deyildi. Qarabağ məlikləri tarixdə olub, amma dediyim kimi, onların ermənilərlə heç bir bağlılığı yoxdur. Bu gün də Qarabağ məliklərinin davamçıları var. Ən məşhurları isə Şahnazarovlardır (Məlikşahnazarov), başqaları da var. Vaxtilə Xaçın knyazlığının da Həsən Calali kimi tanınmış şəxsiyyətləri olub. Bir məqamı da deyim ki, 1836-cı ildə rus çarının fərmanı ilə alban xristian  kilsəsi bir dini mərkəz kimi ləğv olundu və onun səlahiyyətləri erməni qriqoryan kilsəsinə verildi. Çünki onlar dini saxlamışdılar. Erməni qriqoryan kilsəsi də alban kilsəsinin varidatını mənimsədi, yazılarına sahib oldular və bundan sonra çoxlu saxtakarlıq yaratdılar. Alban kilsəsi ləğv edildikdən sonra onlar ermənilərlə bir dini mərkəzdə - qriqoryan kilsəsində birləşdikləri üçün ermənilər albanları da erməni kimi qələmə verməyə başladılar. Hətta ermənilər bizim ərazilərə köçürüldükdən sonra dövlət yaratmaq iddialarını ortaya qoymağa başladılar və o zaman albanların adından müracət edərək “biz dövlət yaratmaq istəyirik” fikrini ortaya atdılar. Əslində, ermənilər bununla albanları öz çirkin məqsədlərinə alət etmək niyyəti güdürdülər”.

Q.Hacıyev vurğuladı ki, qriqoryan təriqətinin təsiri altında Qarabağda yaşayan albanlar özlərini “erməni” kimi təqdim etməyə başlayıblar. Onun sözlərinə görə, qriqoryan kilsəsi bizim ərazimizdə dövlət yaratmaq üçün həm qarabağlı xristian albanlardan, həm Hindistandan köçürülən qaraçılardan, həm də İrandan gətirilən fars kökənli insanlardan istifadə ediblər, onlar bunların hamısını “qriqoryan bayrağı” altında birləşdirərək, bunları “erməni qriqoryanlar” kimi təqdim ediblər. “Xarici müəlliflərin, o cümlədən də Şopenin əsərlərində Qarabağa köçürülən ermənilərin kimlər olduğu və onların haradan bu əraziyə köçürüldüyü barədə məlumatlar var. Gərək ki, Şopenin, ya da Qlinqanın əsərindədir, yazılır ki, Qarabağda yerləşən bir milyon üç yüz min “erməni” deyilənlərin 300 minini bura biz köçürmüşük. Məlum olur ki, xarici tarixçilər də o dövrdə bu əlalinin 1 milyonunun alban olduğunu bilirdilər. Sonra onlar qriqoryan dini altında özlərini “erməni” kimi tanıyıblar, “erməni” kimi qələmə veriblər. Ona görə də Ermənistanda yaşayan ermənilər özləri ilə Qarabağ “erməniləri” arasında fərq qoyur, onları dönmə ermənilər adlandırırlar. Həqiqətən də Qarabağ “erməniləri” erməni deyil və onların əcdadları xristian albanlardır” - deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

SON XƏBƏRLƏR

03.04.2026 / 23:26
İsrail İrana hücumlarını təxirə saldı – səbəb...

03.04.2026 / 23:10
ABŞ ŞOKda - İran Fars körfəzində daha bir Amerika təyyarəsini vurdu

03.04.2026 / 22:55
Makron Trampa daha müdrik reaksiya verdi - “ona qoşulmaq istəmirəm...”

03.04.2026 / 22:34
ABŞ İrana 48 saatlıq atəşkəs təklif etdi - Tehrandan rədd cavabı...

03.04.2026 / 22:17
İrandan ABŞ-ı şoka salan daha bir hücum - vurulan F-15-in pilotunu axtaran ABŞ helikopteri də vuruldu...

03.04.2026 / 21:42
Putin Zəngəzur dəhlizi məsələsinə açıq hücum tapşırığı verdi - Paşinyanla görüşdən sonra nə oldu...

03.04.2026 / 21:17
TDT aparıcı dünya təşkilatlarının sırasına nə zaman daxil ediləcək?...

03.04.2026 / 20:53
TDT İran müharibəsində təsirli rol oynamağa çalışır - İlham Əliyev daha bir prosesi açıqladı...

03.04.2026 / 20:20
Qardaş dövlətlərin Qarabağa bərpa dəstəyi - qeyri-türk dövlətlərə tənə edildi...

03.04.2026 / 20:12
Şirazda Çin istehsalı PUA vuruldu - İran BƏƏ və Səudiyyədən şübhələnir...

03.04.2026 / 20:09
ABŞ rəsmiləri: İranda vurulan F-15 qırıcısının ekipaj üzvlərindən biri xilas edilib

03.04.2026 / 19:49
İranın vurduğu ABŞ qırıcısı ilə bağlı yeni iddia – pilotun başına pul qoyuldu, ABŞ-ın xilasetmə əməliyyatı uğursuz oldu...

03.04.2026 / 19:26
Avropadan enerji böhranı ilə bağlı qorxunc etiraf - yanacaq satışı məhdudlaşdırıla bilər...

03.04.2026 / 18:57
BƏƏ-nin ən böyük qaz emalı zavodu vuruldu...

03.04.2026 / 18:32
Tramp: “Çox qısa vaxtda Hörmüz boğazını asanlıqla aça, nefti götürə və sərvət qazana bilərik”

03.04.2026 / 18:27
Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib

03.04.2026 / 18:17
İranda ABŞ helikopterlərinə qarşı hücuma silahlı qəbilələr də qoşuldu

03.04.2026 / 18:06
Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu

03.04.2026 / 17:58
Tramp Starmeri zəif olmaqda ittiham edib

03.04.2026 / 17:41
"Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik qorunub saxlanılıb" - DTX rəisi

03.04.2026 / 17:34
İran prezidenti: “Bu, kütləvi müharibə cinayətidir”

03.04.2026 / 17:19
Tramp İranda vurulacaq yeni hədəfləri açıqladı - razılaşma olmasa...

03.04.2026 / 16:50
İsrail Kamal Xərrazini ABŞ-İran danışıqlarını pozmaq üçün vurdu (?)...

03.04.2026 / 16:27
Nizami Kino Mərkəzinin binasına müdaxilə Bakının arxitekturasına qarşı böyük cinayətdir...

03.04.2026 / 16:18
Trampa ağılasığmaz yeni "İran planı" təqdim olunub...

03.04.2026 / 16:09
Prezident =minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif etdi

03.04.2026 / 16:01
İran ABŞ-ın məşhur F-35 qırıcısını vurdu - 12 saatda iki təyyarə...

03.04.2026 / 15:50
Azərbaycanda terror fəaliyyəti ilə bağlı cəzalar sərtləşdirilir

03.04.2026 / 15:49
ABŞ Konqresinə aralıq seçkidə poçtla səsvermə ləğv olundu - seçki nəzarətə götürülür...

03.04.2026 / 15:35
Pentaqonda "ört-basdır" qalmaqalı – ABŞ-ın İran müharibəsindəki itkiləri gizlədilir...

03.04.2026 / 15:11
Taksi avtomobillərinə sığorta haqları üzrə xüsusi əmsallar tətbiq ediləcək

03.04.2026 / 15:02
ABŞ İran rəhbərliyində bəzi şəxsləri məqsədli olaraq məhv etmir - niyə?

03.04.2026 / 14:47
Trampın komandasında daha bir iri fiqur istefa etdi - seçki yaxınlaşdıqca...

03.04.2026 / 14:30
İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotik gətirənlər yaxalandı

03.04.2026 / 14:12
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlər saxlandı...

03.04.2026 / 13:45
"Vətən müharibəsindən sonra 421 nəfər minaya düşüb" - Hikmət Hacıyev

03.04.2026 / 13:30
Putin MDB ölkələrində seçkilərə açıq müdaxiləyə başlayır - ilk addım...

03.04.2026 / 13:13
Azərbaycanın sayəsində Avrasiya üçün yeni transsərhəd nəqliyyat arxitekturası yaradılır...

03.04.2026 / 12:59
Erməni cəmiyyəti Serj Sarkisyanı və partiyasını tarixə “gömür”...

03.04.2026 / 12:20
Tramp İranda hakimiyyəti dəyişdirmək niyyətindən əl çəkdi...

03.04.2026 / 12:08
Çin və Pakistan Trampın 15 maddəlik İran sülhünə 5 maddəlik sənəd çıxardı...

03.04.2026 / 11:56
Putin Paşinyanı Ukraynanın taleyi ilə hədələyir...

03.04.2026 / 11:51
Problemli kreditlərin təhlükələri artmaqda davam edir...

03.04.2026 / 11:47
Erməni müxalifətində dərinləşən parçalanma Paşinyan iqtidarının qalibiyyət şanslarını artırır

03.04.2026 / 11:39
"Türkiyə və Azərbaycanın qətiyyətli liderlərinin olması böyük üstünlükdür" - Cevdet Yılmaz

03.04.2026 / 11:19
Ermənistanın konteynerləri Bəndər Abbasda itib…

03.04.2026 / 10:55
Azərbaycan və Türkiyə hərbçiləri “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər - FOTO

03.04.2026 / 10:34
Tiflisdəki Azərbaycan teatrının binasının vəziyyəti Gürcüstan Ombudsmanın hesabatında

03.04.2026 / 10:15
Azərbaycan neftinin qiyməti 141 dolları keçdi...

03.04.2026 / 10:05
İsveçrə Gürcüstan rəsmiləri üçün vizasız rejimi dayandırıb

03.04.2026 / 09:47
Göyçayda “VAZ”la avtoxuliqanlıq edən şəxs həbs olundu

03.04.2026 / 08:01
Dövlət Duması Moldovanın MDB-dən çıxmasını intihar adlandırdı

03.04.2026 / 07:44
Avstraliya Xüsusi Təyinatlılarını Yaxın Şərqə yerləşdirir - Telegraph

03.04.2026 / 07:32
ABŞ İrana hücumlarda bir illik JASSM raket tədarükünü xərcləyib…

03.04.2026 / 07:14
ABŞ-ın Aya göndərdiyi kosmik gəmidə tualet problemi yaranıb

03.04.2026 / 06:49
Tramp ABŞ Baş prokurorunu işdən çıxardı - Epşteyn işi…

02.04.2026 / 23:26
Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər: Şamaxı soyqırımı (Mart-aprel 1918-ci il)

02.04.2026 / 22:10
Mənim yadkən doğma anam

02.04.2026 / 20:57
Paşinyan Putinin sirrini açdı - “siz bunu mənə həm də şəxsən demişdiniz”...

02.04.2026 / 20:45
Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

02.04.2026 / 19:44
Tramp ABŞ-ın ən “qədim” müttəfiqi ilə də münasibətləri pozdu

02.04.2026 / 19:15
Putin etiraf etdi - “Qarabağın tanınması KTMT-nin siyasətini dəyişdi”...

02.04.2026 / 18:52
Rusiya sahibkarları Paşinyan hakimiyyətinə qarşı üsyana qaldırır...

02.04.2026 / 18:41
Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

02.04.2026 / 18:28
İnklüziv inkişafda özəl sektorun rolu - Elnar Musayev yazır

02.04.2026 / 18:14
İrəvana hibrid təhdid oyunu - Zaxarova nəyi nəzərdə tutdu...

02.04.2026 / 17:35
Hörmüzdən sonra Bab əl-Məndəb boğazı da bağlana bilər – qlobal neft böhranı daha da dərinləşəcək...

02.04.2026 / 17:21
Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edildi

02.04.2026 / 17:08
Sürücülər üçün yeni sığorta formulu tətbiq edildi...

02.04.2026 / 16:56
“Bizdə media azaddır, seçki var, rus pasportluları seçkiyə buraxmarıq” - Paşinyan Putini həssas yerlərdən vurdu...

02.04.2026 / 16:40
Biləsuvarın Çaylı kəndində doğuldu, Qarabağımızda Zəfər tarixini yazanlardan oldu – Amid Əliyev

02.04.2026 / 16:33
Azərbaycanda TikTok istifadəçiləri üçün yeni qayda tətbiq olundu

02.04.2026 / 16:17
Paşinyan Moskvaya mesaj - "Rusiya şirkəti ilə sazişi pozmaq üçün rıçaqımız var, ancaq..."

02.04.2026 / 16:01
Namiq Dəlidağlının Qırğızıstanda kitabı nəşr edilib

02.04.2026 / 15:25
Vensin İrəvanda imzaladığı nüvə sazişinə Kreml dərhal “kontr” qoydu...

02.04.2026 / 15:08
Bu universitetdə dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb olunur - Dövlət Agentliyindən açıqlama...

02.04.2026 / 14:55
Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol...

02.04.2026 / 14:55
Nizami Kino Mərkəzi müdaxilə - polis araşdırmaya başladı- FOTO

02.04.2026 / 14:35
Paşinyan Putinə üz-üzə mesaj verdi - "biz bu hərəkatı davam etdirməyəcəyik"...

02.04.2026 / 14:23
NATO və AB-nin acığına Tramp Rusiya ilə "Dostluq sazişi" imzalayacaq...(?)

02.04.2026 / 14:20
"Orta Dəhliz hər birimizin marağına cavab verir" - Prezident

Plüralizmin inkişafı Azərbaycanda sosial rifaha və sabitliyə müstəsna töhfələr verir

XƏBƏR ARXİVİ