
“Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndəsi Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb.
Trend-in məlumatına görə, təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib.
“1993-cü ildə yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərində 27 illik işğal dövründən sonra nə bir qapı, nə bir pəncərə, nə də bircə dam örtüyü belə qalmayıb”.