Qarabağda xarici müzdluların olduğunun aydınlaşdırılmasında adı ən çox hallandırılan Türkiyənin iştirakı - Zaxarova müzakirəyə istiqamət açdı...

“Qarşı tərəfin xarici döyüşçülərdən istifadə etməsi açıq mənbələrdə belə öz əksini tapıb”

img

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə müvafiq hərbi mütəxəssislər məşğul olur.

Zaxarova qeyd edib ki, bu məsələ ilə bağlı hər iki münaqişə tərəfi ilə iş aparılır: “Bu iş hər addımın ictimai şərh olunmasını nəzərdə tutmur. Hazırda bu barədə məlumatı olan ekspertlərlə iş gedir. Bu məsələ hərbçilərimizin daimi nəzarətindədir”.

O da məlumdur ki, başda Ermənistan olmaqla, bəzi dövlətlər, müəyyən xarici dairələr sözügedən məsələdə əsassız olaraq Türkiyəni günahlandırıb. Guya Türkiyə Suriyadan Qarabağa döyüşçü gətirilməsini təmin edir, həmçinin türk əsgərləri döyüşür və s. Ancaq bütün bunlarla bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb. Çünki belə bir fakt yoxdur. Qarabağ döyüşlərində məhz Ermənistan muzdlulardan geniş istifadə edib. Bunu Rusiya da çox gözəl bilir.

“Rusiya bu məsələni ciddi şəkildə araşdırsa, Ermənistan bunun altından çıxa bilməyəcək”

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən şərqşünas Seyid Camal Əzimbəylinin də fikrincə, 44 günlük müharibədə hansı tərəfin xarici döyüşçülərdən istifadə etdiyini hamı yaxşı bilir: “O cümlədən, Rusiya və bu ölkənin müvafiq strukturları bilir kim muzdlu döyüşçülərdən istifadə edib. Söhbət Ermənistandan gedir. Çünki Ermənistan müharibənin başladığı ilk gündən müxtəlif ölkələrdən terrorçuları, muzdlu döyüşçüləri Qarabağa göndərib. Hətta PKK terrorçularını belə Qarabağa gətiriblər. Ermənistanın xarici döyüşçülərdən istifadə etməsi açıq mənbələrdə belə öz əksini tapıb. Çünki ermənilər bunu gizlətmirdilər. Nəinki erməni əsilli xarici vətəndaşlardan, o cümlədən digər millətlərin nümayəndələrindən muzdlu döyüşçü kimi istifadə edilib. Azərbaycanın isə xarici döyüşçüyə ehtiyacı olmayıb. Ona görə ki, bizim 100 minlik nizami ordumuz var. Həmçinin, ehtiyatda olan qüvvələrimiz var. Azərbaycanın heç vaxt xarici döyüşçülərə ehtiyacı olmayıb. Bir ara Ermənistan və onların havadarları bununla bağlı Azərbaycanı əsassız şəkildə ittiham etdilər. Ancaq fakt olmadığı üçün bütün bu deyilənlər öz təstiqini tapmadı. Rusiya Qarabağda xarici döyüşçülərin mövcudluğunu ciddi şəkildə araşdırsa, Ermənistan bunun altından çıxa bilməyəcək”.

Müsahibimiz onu da qeyd etdi ki, aparıcı dövlətlərin bu işin araşdırılmasında nə dərəcədə səmimi olduqlarını demək çətindir.

Vidadi ORDAHALLI

Son xəbərlər