Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir...

img

Prezidentin köməkçisi Hikmət Hacıyev, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərləri və "Qarabağ" futbol komandası ilə birgə Tərtər və Ağdama səfər edir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında qeyd edib.

Hikmət Hacıyev bildirib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, diplomatik korpus nümayəndələri, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə və işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik. Dağıdılmış ruhlar şəhəri Ağdam soyqrım nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”.

Son xəbərlər