İtalyan senator İtaliyanı müharibədən sonra da Azərbaycana kömək etməyə çağırdı

img

İtaliya Senatında “İrəli İtaliya” siyasi qrupunun üzvü, senator Urania Papatheu İtaliya mətbuatına açıqlamasında bildirib ki, Ermənistan tərəfindən heç bir əsası olmayan təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən tanınır və dəstəklənir və İtaliya müharibənin sona çatmasından sonra vəziyyətin mütəmadi normallaşması istiqamətində Azərbaycana kömək etməli və dəstək göstərməlidir.

“İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir, azərbaycanlılar İtaliyanı sevən bir xalqdır, bu baxımdan İtaliyanın Azərbaycanla münasibətləri yeni istiqamətlər üzrə möhkəmləndirməsi vacibdir”, deyə Papatheu bildirib.

İtalyan senator əlavə edib ki, işğal olunmuş ərazilərin Azərbaycana geri qaytarılmasını nəzərdə tutan proses İtaliya tərəfindən dəstəklənməlidir və bu yeni, qarşılıqlı və strateji perspektivlər baxımından yalnız başlanğıc təşkil edir.

“İtaliya yalnız neft və qazla deyil, habelə sinerji və qarşılıqlı əlaqə imkanları üçün insan resursları və mədəni yaxınlıqlar baxımından da zəngin olan Azərbaycanla ortaq bir yolun fəal iştirakçısı olmalıdır”, deyə italyan senator fikirlərini tamamlayıb.

https://www.agenzianova.com/a/5fbd4880857a68.90728217/3205468/2020-11-24/nagorno-karabakh-papatheu-fi-italia-sostenga-azerbaigian-dopo-fine-guerra

https://kmetro0.it/2020/11/25/papatheu-fi-italia-sostenga-azerbaijan-dopo-fine-guerra-ora-sinergia-e-interscambi/

Son xəbərlər