29/11/2020 19:48
728 x 90

Bakıda Qələbə yürüşü... "Qarabağ bizimdir", "Ağdam azaddır"... - FOTO

img

Erməni işğalı altında olan Ağdam rayonunun azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirir.

Trend-in məlumatına görə, günorta saatlarından etibarən əllərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş ediblər.

Vətəndaşlar "Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər.

Başqa bir avtoyürüş isə Bakının Yasamal rayonunda Hüseyn Cavid bağı istiqamətində keçirilir.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər şəhərin bir sıra küçə və prospektlərindən keçərək Türkiyə və Rusiya səfirliklərinə doğru hərəkət edirlər.

Son xəbərlər