29/11/2020 21:37
728 x 90

Qarabağda atəşkəs razılaşmasına Rusiya ilə ABŞ və Fransanın ziddiyyətli yanaşmalarının izləri görünməyə başladı

Lavrov Qarabağda atəşin dayandırılmasında ABŞ-ın da rolunun olduğunu açıqladı

img

Dağlıq Qarabağda atəşin dayandırılması məsələsi həm ABŞ, həm də Fransanın iştirakı ilə həll olunub. “Trend”in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, bu ölkələrin ATƏT Minsk Qrupunun həmsədri qismində mövqeləri qərarlar qəbul edilərkən nəzərə alınıb.

S.Lavrov əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi mövzusunda ABŞ və Fransa nümayəndələri ilə təmaslar zamanı sezilən “incidilmiş heysiyyət” hissi təəssüf doğurur: “Mən amerikalı və fransalı həmkarlarımla təmas qurarkən, eləcə də prezident Makronun prezident Putinlə təmaslarında son günlərdə bu mövzuda heysiyyətlərinin incidildiyi sezilir. Bu hal təəssüf doğurur”.

Dağlıq Qarabağ məsələsi üzrə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının reallaşdırılması ilə bağlı susqunluq, bəzən isə təhrifetmə müşahidə olunur. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Qərb ölkələrinin üçtərəfli bəyanatla bağlı təmkinli reaksiyası təəccüb doğurur: “Bir ay, ay yarım əvvəl hamı atəşin dayandırılmasını səbrsizliklə gözləyirdi. Atəşkəs baş tutdu və indi də davam edir. Amma biz Qərbin adətən göstərdiyi tamformatlı reaksiyanı görmürük. Bəzən isə Qərb ölkələrinin nümayəndələrinin açıqlamalarında Rusiyanın rolu ümumiyyətlə qeyd olunmur. Sanki söhbət ikitərəfli bəyanatdan gedir. Təəccüblü olsa da, bu faktdır”.

Son xəbərlər