çərşənbə günü, 14 oktyabr 2026
     

Şuşanın işğaldan azad edilməsi – azərbaycançılıqda yeni mərhələ...

Image


Azərbaycan mədəniyyətinin, musiqi tariximizin beşiklərindən biri olan Şuşa azərbaycançılığın əsas tarixi mərkəzlərindən biri olub. Bilirik ki, Şuşada doğulub, böyüyüb boya-başa çatan bir çox şəxsiyyət, fikir adamları, alimlər, ictimai-siyasi xadimlər, yazıçı-şairlər, böyük bəstəkarlar, musiqiçilər azərbaycançılıq təməllərinin daha da möhkəmlənməsinə layiqli töhfələr bəxş ediblər.

Əsası 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri ilk çağlarda onun təməlini quran xanın şərəfinə Pənahabad da adlandırılıb.

Şuşada 17 məhəllə var. Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllələri Şuşanın adlı-sanlı şəxsiyyətlərinin dünyaya göz açdığı məkanlardır.

“Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” Şuşa...

Məlum olduğu kimi, XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib, bütün Qafqazda, dünyada böyük şöhrət tapıb. Tarixçilər qeyd edirlər ki, Şuşanın dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəlləsi yaranıb. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri saxlayır, burada Pənahabadi adlanan gümüş sikkə zərb edilirdi.

Tarixi mənbələrdə qeyd edilir ki, XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Zaqafqaziyanın konservatoriyası” adlandırırdılar. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən, Şuşada musiqi sənəti, ilk növbədə, xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur.

Tarixçilərin yazdığına görə, 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılıb. Şuşanın yandırılmasında ermənilərin əli olduğu qeyd edilir.

Bildiyimiz kimi, 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilən Şuşa 8 noyabr 2020-ci il tarixində müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

  • Şuşanın düşmən tapdağında olduğu illər...

Bilgilərə görə, Şuşanın işğalı nəticəsində şəhərdə ermənilər tərəfindən 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilir, 165 nəfər yaralanır, onlardan 150 nəfəri əlil olur, 552 körpə valideynlərini itirir, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşür, əsir və girov götürülən 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

İşğal dövründə Şuşadan azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni vandalları 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən, Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən, Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv ediblər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.

8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən Şuşanın artıq yeni dövrü başlayır...

  • “Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi!”

Noyabrın 8-i Azərbaycan xalqının tarixində elə bir gündür ki, bu günü illərdir gözləmişdik. 8 noyabr tariximizə Şuşanın işğaldan azad edildiyi gün olaraq düşdü və bu tarixi günün sevincini Azərbaycan xalqına Ali Baş Komandanımız və müzəffər Azərbaycan Ordusu yaşatdı. Prezident İlham Əliyevin Şəhidlər Xiyabanından xalqa müraciətində “Azərbaycanın qədim şəhəri Şuşa düşmən işğalından azad edildi!” müjdəsini verməsi nəinki ölkə vətəndaşlarını, eləcə də bütün dünya azərbaycanlılarını, Azərbaycanın dostlarını ürəkdən sevindirdi.

Ölkə başçısı İlham Əliyev hələ Şuşanın işğaldan azad edilməmişdən əvvəl “İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” - deyə qeyd edirdi. Bəli, artıq Şuşa düşmən tapdağından xilas olub, yenidən bizə qayıdıb.

  • Qarabağın döyünən ürəyi, musiqi və incəsənət beşiyi Şuşa dünyaya yenidən gəldi...

Azərbaycan mədəniyyətinin əsas ünvanlarından biri olan Şuşadan artıq dünyaya yeni bir pəncərə açılır. Azərbaycançılığın əsas mərkəzlərindən biri olan Şuşanın tarixi irsinin geniş səviyyədə təbliği üçün yeni fəaliyyət istiqamətləri müəyyən edilib. Bilirik ki, Mədəniyyət Nazirliyindən mətbuata verilən məlumata görə, 2021-ci ildə Şuşada bir sıra tədbirlər həyata keçiriləcək. Şuşada konsert proqramları, Şuşanın məşhur Cıdır düzündə isə Çövkan oyunu keçiriləcək. Bundan əlavə, yayılan məlumatlara görə, növbəti “Türkvizion” mahnı yarışmasını 2021-ci ildə Şuşada keçiriləcək. “Türkvizon Şuşa – 2021” plakatı da hazırlanıb. Əlbəttə, bütün bunlar Şuşanın Azərbaycanın qədim tarixi mədəniyyət mərkəzi kimi yenidən dünyaya öz pəncərəsini açması deməkdir və dünya tarixi Azərbaycan şəhərini yenidən görüb alqışlayacaq. 

  • Şuşa UNESCO-nun Ümumdünya irs siyahısına Azərbaycan incisi kimi düşəcək

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan və həm dövlətçilik, həm də mədəni-humanitar tariximizdə önəmli rola malik Şuşanın UNESCO-ya daxil edilməsi bizim qarşımızda duran ən önəmli məsələlərdən biridir.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın tarixi mərkəzinin UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salınması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nominasiya dosyesinin hazırlanması istiqamətində işlərə başlanıb.

Nazirlikdən o da bildirilib ki, 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Şuşa Tarix-Memarlıq Qoruğunun 2001-ci ildə UNESCO-nun Dünya irsinin ilkin siyahısına daxil edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biridir.

Şuşa Tarixi-Memarlıq Qoruğuna daxil olan abidələrdən Yuxarı və Aşağı Gövhər ağa məscidləri, Xan qızı Natəvanın evi, Qarabağ Xan Sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. Şuşa şəhərində, ümumlikdə, 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud olub. O cümlədən, 72 mühüm sənət və tarixi abidəsi, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri vardı. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən qeyd edilən tarix-memarlıq abidələrinin vəziyyətinin öyrənilməsi ilə bağlı işlər aparılır.

Ümumdünya mədəni irs siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Ümumdünya irs siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik olan abidə və məkanlar ümumbəşəri irs elan edilməyə layiq görülür.

Azərbaycandan bu siyahıya “Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə İçərişəhər”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” və “Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi” daxildir.

  • “Şuşanın öz azadlığına qovuşması azərbaycançılıqda yeni mərhələnin başlandığı deməkdir”

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Şuşanın işğaldan azad edilməsi xalqımızın qürurunu özünə qaytardı. Şuşanın yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyi olduğunu deyən A.X.Əbilov hesab edir ki, Şuşa həm dövlətçilik, həm mədəniyyət, həm də ictimai fikir tariximizdə mühüm rola malik şəhərdir. A.X.Əbilov hesab edir ki, biz Şuşanın tarixi mərkəzini UNESCO-nun Ümumdünya mədəni irs siyahısına salmaqla böyük bir tarixi həqiqəti təsdiq etmiş olacağıq. “Şuşa şəhərinin əsası XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Azərbaycanın dövlətçilik tarixinin mühüm bir dövrünü özündə əhatə edən Şuşada həm də mədəniyyətimizin, ictimai-siyasi, fəlsəfi düşüncəmizin özəkləri yaranıb formalaşıb.  Şuşa Azərbaycan dövlətçilik, ədəbiyyat, elm, mədəniyyət sahəsinə çox ünlü simalar bəxş edib. Həmin ünlü simalar da azərbaycançılığın inkişafına mühüm töhfələr verib”.

O qeyd etdi ki, Şuşa Azərbaycana Qarabağ xanlığının xanı Pənahəli xan, Qarabağ xanlığının xanı İbrahimxəlil xan, şair Qasım bəy Zakir, şair Məhəmməd bəy Aşiq, həkim Mirzə Məmmədqulu Təbib, şair Mirzə Sadıq Piran, şairə və dövlət xadimi, rəssam Xurşidbanu Natəvan, şair, rəssam, xəttat və musiqişünas Mir Möhsün Nəvvab, muğam xanəndəsi Hacı Hüsü, muğam xanəndəsi Bülbülcan, şairə Fatma xanım Kəminə, Azərbaycan tarzəni və tarı təkmilləşdirən sənətkar Mirzə Sadıq (Sadıqcan), Azərbaycan maarifpərvəri, şair, pedaqoq və ədəbiyyatşünas Həsənəli xan Qaradaği, həkim Kərim bəy Mehmandarov, yazıçı və dramaturq Nəcəf bəy Vəzirov, hərbçi Mehdiqulu xan Vəfa, Azərbaycanın maarif xadimi Səfərəli bəy Vəlibəyov, şair Nəcəfqulu bəy Şeyda, görkəmli xanəndə Cabbar Qaryağdıoğlu, həkim Bəhram bəy Axundov, maarifçi Firidun bəy Köçərli, hərbçi Seyfulla mirzə Qovanlı-Qacar, pedaqoq Haşım bəy Vəzirov, ictimai xadim Ağa xan Qarabaği, ictimai xadimi Əhməd bəy Ağaoğlu, yazıçı-diplomat Əbdürrəhim bəy Haqverdiyev, xanəndə Məcid Behbudov, yazıçı-dramaturq Süleyman Sani Axundov, xanəndə İslam Abdullayev, pedaqoq Fərhad Ağazadə, şairə Qəmər bəyim Şeyda, dahi bəstəkarımız Üzeyir Hacıbəyov, bəstəkar Zülfüqar Hacıbəyov, opera müğənnisi Əhməd Ağdamski, Azərbaycanın dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli, dövlət xadimi Nəriman bəy Nərimanbəyli, yazıçı Ceyhun Hacıbəyli, jurnalist Xəlil İbrahim, opera müğənnisi Əli Zülalov, siyasi xadim Dadaş Həsənov, görkəmli xanəndmiz Xan Şuşinski, görkəmli xanəndəmiz Seyid Şuşinski, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, Azərbaycanın xalq rəssamı, naxışşünas və xalçaşünas Lətif Kərimov, heykəltəraş Münəvvər Rzayeva, bəstəkar Süleyman Ələsgərov, dövlət xadimi İskəndər Əliyev, həkim Azad Əmirov, tarzən Məşədi Cəmil Əmirov, mühəndis Teymur bəy Aslanov, Sovet İttifaqı Qəhrəmanı və Azərbaycanın Daxili İşlər naziri Xəlil Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərov, müğənni Sürəyya xanım Qacar, hərbçi Azad bəy Vəzirov və digər böyük şəxsiyyətlər bəxş edib. “Bu şəxsiyyətlərin də hər birinin yaradıcılığında, fəaliyyətində azərbaycançılıq əsas rol oynayıb. Onlar azərbaycançılığın təməl prinsiplərinin formalaşmasına töhfələr veriblər. Bu şəxsiyyətlər arasında Cümhuriyyət dövründə geniş fəaliyyəti olanlar da çoxdur, onlar dövlət quruculuğunda yaxından iştirak ediblər. Şuşanın yetişdirdiyi və Azərbaycana, bəşəriyyətə bəxş etdiyi işıqlı simalardan biri Ceyhun Hacıbəylidir. 1919-cu ildə Parisdə keçirilən sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətini təmsil etmək üçün Parisə gedən Ceyhun bəy ömrünün sonuna qədər bu şəhərdə yaşayıb və məzarı Parisdədir. Ceyhun bəy həm də Cümhuriyyət qurucularından biri olub”.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ