29/11/2020 20:10
728 x 90

Erməni terrorçuları Azərbaycanı müdafiə edən fransız deputatın "qələmini qırıblar"…

Ramil Həsən: “Ermənilərin fransalı deputatı təhdid etmələri onların iç üzünü aydın şəkildə ortaya qoyur”

img

“Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırış Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikitərəfli öhdəliklərə ziddir və buna görə də beynəlxalq hüquqa hörmətlə yanaşanlar tərəfindən qəbul edilə bilməz. Fransa üzərinə BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə bağlı öhdəlik götürüb və hər hansı yeni diplomatik mövqe Dnestryanı (Moldova) və ya Cənubi Osetiya (Gürcüstan) kimi bir çox separatçı ərazinin tanınmasına yol açaraq, ölkəmizin beynəlxalq öhdəliklərinə yenidən dönüşünü doğurur”.

Bu fikirlər fransız deputat Jerom Lamberin Sosialist Partiyasından olan həmkarlarının Dağlıq Qarabağla bağlı fikirlərinə etiraz olaraq ünvanladığı məktubda yer alıb. Məktubda qeyd olunur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağlıq Qarabağla bağlı məcburi kompasımız olaraq qalmalıdır. Üstəlik, bu, son onilliklər boyunca fransız diplomatiyasının dəyişməz mövqeyi olub.

Fransız deputat qeyd edib ki, Fransa beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə əməl etməli və hətta nüfuzlu erməni mənşəli fransız icmasının təzyiqləri altında olsa da, medianı təhdid etməməli, müvafiq qurumlara, eləcə də seçilmiş məmurlara təzyiq göstərməməlidir: “Ailə üzvlərimə ölüm hədələri də daxil olmaqla, minlərlə təhqir və təhdid mesajları alıram. Bütün bu təhqir və hədələr mənə Fransa diplomatiyasının mövqeyini xatırlatmaqdan çəkindirmək üçün ünvanlanır”.

Jerom Lamber onu da qeyd edib ki, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar alıb.

Qeyd edək ki, tək fransız deputatı Jerom Lamber deyil, kimliyindən, vəzifəsindən, milliyyətindən asılı olmayaraq, kimsə haqlı mövqeyini nümayiş etdirsə, ermənilərin sözünü deməsə, o şəxs müxtəlif formada təhqir və təhdid olunur.

  • “Haqq səsimizi müdafiə edən insanların qətiyyətli mövqeyi Ermənistan və onun havadarları olan cinayətkar birləşmələri yerində otuzduracaq”

Millət vəkili Ramil Həsən bildirdi ki, ordumuzun uğurlu fəaliyyəti, tarixi torpaqlarımızı düşmən tapdağından azad etməsi erməniləri tamamilə qıcıqlandırıb: “Ona görə də nifrət hissi ilə bütün imkanlardan yararlanaraq, dövlətimizin haqq səsini müdafiə edən insanları susdurmaq üçün hədə-qorxudan çəkinmirlər. Erməni vandalizminin bir istiqaməti də terror həyata keçirməkdir. Ermənilərin fransalı deputatı təhdid etmələri onların iç üzünü aydın şəkildə ortaya qoyur. Ədalət üçün çalışan və haqqı müdafiə edən insan əsla qorxmamalıdır. Əminəm ki, haqq səsimizi müdafiə edən insanların qətiyyətli mövqeyi Ermənistan və onun havadarları olan cinayətkar birləşmələri yerində otuzduracaq. Ümumiyyətlə, Ermənistan aydın şəkildə dərk etməlidir ki, 21-ci əsrdə yaşayırıq. Hədə-qorxu gəlməklə beynəlxalq təşkilatların onları susdurması üçün imkan yaradırlar. Əminəm ki, birlik və bərabərliyimiz bizləri müdafiə edən insanları daha da cəsarətləndirəcək”.

Günel  CƏLİLOVA

Son xəbərlər