çərşənbə günü, 14 oktyabr 2026
     

102 yaşlı Azərbaycan Ədliyyəsinin builki peşə bayramı əvvəlkilərdən daha möhtəşəmdir – Ədliyyə leytenantı Azər Əsgərov yazır...

Image


Müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı şanlı Zəfər günü ərəfəsində Azərbaycan ədliyyəsi müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı və 102 illiyini qeyd etməyə hazırlaşır.

Bir əsr inkişaf yolu keçmiş Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamışdır. 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən mühüm akt-nazirliyin Əsasnaməsi təsdiq olunmuşdur.

Ədliyyə Nazirliyinin həm şərəfli, həm də çox çətin və mürəkkəb dövrləri olmuşdur. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Ədliyyə sistemi rejimin mahiyyətinə uyğun ciddi təsirlərə məruz qalmışdır. Bundan irəli gələrək, ədliyyə orqanlarının dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura çevrilməsinə maneçilik törətmişdir.

Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində Azərbaycan ədliyyəsinin gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə edilmiş, həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində nazirliyin cəmiyyətin idarə olunmasında yeri və rolu daha da artmışdır. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilməklə Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusunun verilməsi Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin genişlənməsinin, dövlətin hüquq siyasətini həyata keçirən orqan kimi cəmiyyətdə ciddi nüfuza malik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamına əsasən isə Azərbaycanda ədliyyənin inkişafına dair Dövlət Proqramı təsdiq olunmuş və icra edilməyə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işinin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynamışdır.

Fəaliyyətinin ilk günlərindən ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsinə xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi baxımından proqram xarakterli sənəddir. Dövlətimizin başçısının bu Sərəncamından irəli gələn tədbirlərin reallaşdırılması istiqamətində tədbirlər ən yüksək səviyyədə ardıcıl şəkildə davam etdirilir. Aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri də gündən-günə genişlənir. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafının təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür ki, bu da 102 yaşını qeyd edən Azərbaycan ədliyyəsinin qarşısına qoyulan vəzifələrin daha səmərəli yerinə yetirilməsinə imkan yaradır.

Heç şübhəsiz ki, ədliyyə işçilərinin qeyd etdiyi builki peşə bayramı əvvəlkilərdən daha möhtəşəm, daha əlamətdardır. Çünki bayram bayrama, sevinc sevincə qarışıb. Vətən müharibəsində müzəffər Ordumuzun qazandığı şanlı qələbə xəbərini aldığımız andan sevinc göz yaşlarımız sel olub, ürəyimiz dağa dönüb. Peşə bayramı ərəfəsində əvvəlcə Şuşanın azad olunması, daha sonra isə müharibədə qazandığımız böyük Zəfər xəbəri bizim hər birimizə bir saha sübut etdi ki, güc birlikdədir. İllərdir həsrətində olduğumuz torpaqların baş tacı olan Şuşaya igid əsgərlərimiz qanı bahasına, xalqımızın birliyi, dövlət başçımızın əzmkarlığı sayəsində qovuşduq. Ali Baş Komandanın da dediyi kimi, bu savaş haqq savaşı idi, biz haqq uğrunda mübarizə aparırdıq. Biz haqq yolunda haqqımız olanı aldıq. Şuşanın azad olunması 28 ildir göynəyən yaralarımıza məlhəm oldu. Şuşa dağlarının başı üzərindəki qara buludlar çəkildi. Artıq Şuşa minarələrində azan səsi eşidiləcək, xarıbülbülün ətrini duyacaq, Xan Qızının çəkdirdiyi bulağın şırıltısını eşidə biləcəyik. Şuşa bizim haqq uğrunda apardığımız savaşın zəfər nöqtəsi idi. Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda üçrəngli bayrağımızı dalğalandıran igidlərimiz şanlı bayrağımızı Şuşa qalasında da yüksəltdilər. Şuşa xəbərinin sevincini yaşarkən gecə cənab Prezidentimiz xalqa müraciət edərək böyük Zəfər qazandığınızı elan etdi. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur”, - deyən Ali Baş Komandan hər bir azərbaycanlıya həyatının ən xoş müjdəsini verdi. Şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, müdafiə qüdrətimiz sayəsində həm döyüş meydanında, həm də danışıqlar masası arxasında biz istədiyimizə nail olduq. Rusiya-Azərbaycan Prezidentləri, Ermənistanın baş naziri tərəfindən doqquz bənddən ibarət üçtərəfli Bəyanatın imzalanması ölkəmizin tam və qəti qələbəsinin rəsmi təsdiqi, işğalçı dövlətin hərbi kapitulyasiyasıdır. “Biz imzamıza hörmətlə yanaşırıq. Qarşı tərəf də dayanmalıdır. Çünki dayanmasa, biz də dayanmayacağıq”söyləyən Ali Baş Komandan sona qədər gedəcəyini, heç bir qüvvənin Azərbaycan Ordusunun qarşısını ala bilməyəcəyini diqqətə çatdırır. Bəyanatda qeyd olunan, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılacaq sülhməramlı mərkəzdə təmsil olunacaq Rusiya və Türkiyə hərbçilərinin fəaliyyətinin səmərə verəcəyinə inamını ifadə edən dövlət başçımız əminliklə ifadə edir ki, gələcəkdə bu əməkdaşlıq formatı daha çoxşaxəli ola bilər.

Bəyanatda Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi ilə bağlı bəndin salınması tarixi əhəmiyyətə malikdir. Ermənistan tərəfindən blokadada saxlanılan Naxçıvana birbaşa nəqliyyatın bərpa olunması qardaş Türkiyə və başqa dost dövlətlərlə əlaqələri daha da möhkəmləndirəcək, tərəfdaş ölkələrin iqtisadi inkişafına yeni imkanlar yaradacaq. Ən başlıcası isə bölgədə sabitlik, əmin-amanlıq təmin olunacaq. Bu əlaqələrin yaranması bütün layihələrdən kənarda qalan Ermənistana daha bir zərbə olacaq.

“Mən bir məsələni də bildirmək, əziz xalqıma çatdırmaq istəyirəm. Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri. Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, “dedilər ki, yox, bu, “müstəqil” dövlətdir”. Bunlar uzun illərdir müstəqil dövlət kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var” söyləyən Prezident İlham Əliyev sınaqlardan çıxan Azərbaycan xalqının gücünü, müstəqilliyimizin əbədiliyini uzaqgörən siyasəti ilə təsdiqləyir. Bu istəyimizə xalqımızın birliyi, ordumuzun qüdrəti ilə nail olduq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Ali Baş Komandanın bu müjdəsindən sonar sevinc-sevincə qarışdı. Böyükdən-kiçiyə hər kəs bu möhtəşəm Qələbəni qeyd etmək üçün küçələrə axışdı. Şəhər üçrəngli bayrağa büründü. “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir”, “Ordumuza eşq olsun”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarlarını eşitmək necə də möhtəşəm bir duyğu imiş. 30 ilə yaxındır çəkdiyimiz bütün əzablar, ağrı-acılar geridə qaldı. 44 gün davam edən Vətən müharibəsi, İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tam və qəti qələbəsi ilə başa çatdı. Əsgər və zabitlərimiz cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sərkərdəliyi altında sözün əsl mənasında tarix yazdılar. Azərbaycan Respublikasının  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Ordumuzun, xalqımızın birliyi, haqq işimizin nəticəsi qələbəmizdir! Mənfur düşmənə verdiyimiz tarixi dərs qürurvericidir. Bu qəhrəmanlıq tarixidir. Bu Azərbaycanın zəfər səlnaməsidir! Oğullarımız yeni tarixə  imza ataraq işğalda olan torpaqlarımızın hər qarışını azad etdi, xalqımıza Qələbə sevincini yaşatdı. Sənə Qələbə yaraşır, Azərbaycan! Zəfərimiz mübarək, müzəffər Ordu! Qürur günümüz mübarək, Azərbaycan xalqı!

Azər ƏSGƏROV
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Penitensiar xidmətin inspektoru
ədliyyə leytenantı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ