Cümə axşamı günü, 15 oktyabr 2026
     

Azərbaycan tarixi ədaləti bərpa etdi – Vüqar Rəhimzadə yazır

Image


Azərbaycan tarixi qələbəsi ilə sevincli günlərini yaşayır. Hər bir tarixi gün keçilən yolun təhlilini daim bir zərurətə çevirir.  30 ilin nisgilinə 44 gündə son qoymaq heç də asanlıqla başa gəlmədi.

 

Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz  sayəsində əldə olunan bu tarixi qələbənin sevinci fonunda 28 ildə Azərbaycanın hansı mərhələlərdən keçdiyinə nəzər salaq. Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycan həm döyüş meydanının, həm də diplomatik müstəvidə aparılan  mübarizənin qalibi kimi  dünyanın diqqətindədir. Bu uğurlara geniş imkanlar açan  dövlətimizin müstəqil siyasəti, hər addımda dövlətin, xalqın maraqlarının öndə saxlanılması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyin ən yüksək tribunalardan bəyan edilməsi, heç kimin bizimlə diktə dili ilə danışmağa haqqı olmadığını bəyan edərək dünyanın ikili  standartlarının beynəlxalq münasibətlərdə hüquq probleminin yaşanmasına yol açdığının əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının, ən əsası işğalçı Ermənistana sərsəm bəyanatlarına, təxribatlarına son qoymaq çağırışlarının  sonda bu qələbə ilə nəticələnəcəyinə heç kimdə şübhə yox idi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali baş Komandanı  İlham Əliyev tarixi qələbə müjdəsini xalqa çatdırarkən bir daha bəyan etmişdir ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik, özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik: «Dedik ki, düşməni torpaqlarımızdan qovacağıq! Heç bir danışıqlar bizi maraqlandırmır… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi… Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!»

  • Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz 

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri  fəaliyyətə başladıqları 1992-ci ildən bugünədək yalnız  nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Dövlətimizin  başçısı İlham Əliyevin təbirincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Xalqın  səbri tükənməz deyil.

Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, bu məsələdə dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyib. Bir  qarış torpağımızı belə düşmənə verməyəcəyimiz nəinki dövlətimizin başçısının bəyanatlarında, eyni zamanda,  xalqımızın Ali Baş Komandana ünvanlanan minnətdarlıq məktublarında da  öz əksini tapırdı. Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana dəstək gördükdə sərt münasibətini bildirsə də, bu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar.  «Vasitəçi neytral olmalıdır» çağırışı  rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı. Əgər işğalçı adı ilə çağırılmırsa, bu zaman vasitəçilik missiyasını yerinə yetirməyə ehtiyac var idimi? O da məlumdur ki, vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun  həmsədrləri - Rusiya, ABŞ və Fransa, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Dünyada cərəyan edən hər bir prosesə təsir etmək imkanına malik olan bu dövlətlər doğrudanmı işğalçı Ermənistana   bu illər ərzində «gözün üstə qaşın var» demək imkanında deyildilər? Azərbaycan Ordusunun sentyabrın 27-dən əks-hücum əməliyyatlarını davam etdirərək göstərdiyi rəşadət  bir çox məsələlərə aydınlıq gətirdi.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda iştirak edən  həmsədr dövlətlər qurumun bu günlərdə  keçirilən iclasında bu qətnamələrin öz əksini tapdığı   bəyanatı qəbul etməməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Qoşulmama Hərəkatının üzvlərinin təkidi nəticəsində həmin bəyanat qəbul olundu. Belə ikili standartlar nümayiş etdirən  dövlətlərin vasitəçiliyi  əsasında münaqişənin sülh yolu ilə həllini gözləməyə dəyərdimi? Azərbaycan Ordusu son 44 gündə bu suala da cavab verdi.

  • “Münaqişənin həllinin hərb yolu yoxdur”  fikrinin yanlış olduğu təsdiqləndi 

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar  problemin hərb yolunun olmadığını qeyd edirdilər.  Azərbaycanı yalanları ilə  sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan  dövlətlər, qurumlar da bu gün həmin düşüncələrinin  nə qədər yanlış olduğunun fərqindədirlər.  Azərbaycan Ordusu münaqişənin hərb yolunun mövcudluğunu nümayiş etdirməklə yanaşı,  bu gün işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu da  göstərdi.  Məhz həmin yanlış düşüncəyə əsaslanaraq işğalçı Ermənistan   bu ilin iyul,  avqust və    sentyabr  aylarında   hərbi təxribatlara cəhdlər göstərdi. Onun bu cəhdlərinin arxasında  yeni ərazilər uğrunda müharibə planları dayanırdı ki, bunu dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci yubiley sessiyasında  bəyan etmişdi. O zaman Ermənistana  havadarlıq edən dövlətlər buna  seyrçi mövqedən dayanaraq susmağa üstünlük verdilər. Amma sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdikdə Azərbaycan Ordusu  bunun qarşısını əks-hücum əməliyyatları ilə almağa səy göstərərək böyük qəhrəmanlıqlar göstərəndə həm Ermənistan hakimiyyəti, həm də onlara dəstək verən dövlətlər məyus olduqlarını gizlədə bilmədilər. Çünki Ermənistanın baş naziri planlarını həyata keçirmək üçün hərbi təxribata başlayanda belə bir müqavimət  görəcəyini düşünmürdü. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü. Bir sözlə, «yenilməz erməni ordusu» mifi darmadağın edildi. Dövlətimizin başçısı İlham Əliyev  xarici mətbuata bütün  müsahibələrində, eyni zamanda, xalqa müraciətlərində bu suala cavab axtardı: Yoxsul ölkənin bu qədər silahı hardandır?  Ona kim bu qədər silah verir?  Cənab İlham Əliyev həmin dövlətlərə bu müraciəti ünvanladı ki, siz əgər  Ermənistana iqtisadi, siyasi, diplomatik, hərbi dəstəyi dayandırsanız, o, irəli sürülən şərtləri qəbul edərək danışıqlar masası ətrafında  oturacaq. Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri həmin  ünvanlara ciddi mesaj oldu.  Ölkə Prezidenti  noyabrın 10-da xalqa müraciətində də bu məqama  xüsusi diqqət yönəldərək  bildirdi ki,   bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin: «Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın.»

Azərbaycan dövləti daim bu suallara cavab axtarıb: Bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!" deyən olmadı! Biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Amma  demir.

Ermənistan başına 30 ilə yaxın müddətdə çəkilən sığalın  acı nəticələrini yaşayır. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə yeni ideyalarla çıxış edərək belə bir rəy yaratmışdı ki, münaqişənin həllində  müsbət irəliləyişə nail olmaq mümkün olacaq. Amma günlər keçdikcə sərsəm bəyanatları ilə diqqətdə oldu. Gah danışıqların formatının dəyişdirilib qondarma “Dağlıq Qarabağ respublikası»nın prosesdə tərəf kimi iştirakının vacibliyini bildirdi, gah da  “Qarabağ Ermənistandır  və nöqtə” deyib münaqişənin sülh danışıqları yolu ilə  həllinin mümkünsüzlüyünə işarə etdi. Azərbaycan Ordusu  Nikol Paşinyanın bu «işarəsinin» nə dərəcədə sərsəm, xülya olduğunu döyüş meydanında sübut etdi.  Aciz duruma düşən Paşinyanın üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadı. Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün yalvarışlar etdi.  Tarixi bilməyən, hər zaman dövlətimizin başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə  Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində  Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi.  Bir daha dərk etdi ki, yalanla  həqiqət  üzərində qələbə çalmaq mümkünsüzdür.

  • Biz bu qələbəni döyüş meydanında qazandıq

Ötən 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli,  Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri,  4 qəsəbə  döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını  siyasi yollarla qaytarsın. «Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub» söyləyən ölkə Prezidenti  bildirir ki, çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Dövlətimizn başçısı, Ali Baş Komandan daim  bəyan edirdi ki, biz qan tökmək istəmirik,  müharibəni dayandırmalıyıq. Bunun üçün Azərbaycan tərəfinin şərtlərini qəbul edib torpaqlarımızdan rədd olsunlar.

Belə də oldu. Azərbaycan həm döyüş, həm də diplomtik müstəvidə qalib oldu, işğalçı dövlətə yerini göstərdi.  Azərbaycan Respublikasının Prezidenti, Ermənistan  Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı bunun təsdiqidir.  Bu bəyanat Azərbaycanın tarixi qələbəsidir.

  • Azərbaycan xalqı məğrur xalqdır

İkinci Qarabağ müharibəsi  Azərbaycan xalqının birliyini bir daha nümayiş etdirdi. Siyasi əqidəsindən, mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq bütün  vətəndaşlar  yumruq kimi birləşdi. Bütün bölgələrdən ordumuza dəstək gəldi. Azərbaycan xalqı hər gün dövlətimizin başçısı İlham Əliyevdən qələbə xəbərini gözlədi. Hər bir zəfər sevinci böyük coşqu ilə qeyd olundu. Ölkəmizdə yaşayan bütün millətlərin,  dini konfessiyaların nümayəndələri birlik nümayiş etdirdilər, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Bu bizim böyük sərvətimiz, dəyərimizdir. “Mən bunu dəfələrlə demişəm. Ermənistan bu xoşbəxtlikdən məhrumdur» söyləyən cənab İlham Əliyev bildirdi ki, çünki monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır: “Amma bizim üstünlüyümüz bax, bundadır, çoxmillətli, çoxkonfessiyalı Azərbaycan bu müharibədə də özünü göstərdi, bütün xalqların nümayəndələri birlik göstərdilər, qəhrəmanlıq göstərdilər. Bir daha demək istəyirəm ki, bu müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”.

Azərbaycan  ədaləti, haqqı, öz ərazi bütövlüyünü bərpa edir. Müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi. Gözün aydın olsun, Azərbaycan! Gözün aydın olsun,  Azərbaycan xalqı!

Azərbaycanın  Birinci vitse-prezidenti Mehriban xanım  Əliyeva daim xalqa müraciətlərində “Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun!” söyləyərək bildirir ki, bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir.  Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!  Mehriban xanım Əliyeva, eyni zamanda,  Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə xalqımıza təbrikində bu arzunu ifadə etmişdir ki,  qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, bütün qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Bu gün məhz bu birlik Azərbaycanın öz gücünü nümayiş etdirməsinə imkan yaradır! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində bizim Prezidentimiz bütün mürəkkəb məsələlərin öhdəsindən uğurla gəlməyi bacarır!

  • “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq qələbəmizin rəmzinə çevrildi

Dövlətimizin başçısı İlham Əliyev ötən il Rusiyanın Soçi şəhərində  siyasi dairələrdə məşhur  “beyin mərkəzlərindən” biri hesab edilən  “Valday” Diskussiya Klubunun XVI illik  toplantısında Ermənistan baş nazirinin “Qarabağ Azərbaycandır və nöqtə” bəyanatının yalan olduğunu bəyan edərək bildirmişdir: “Qarabağ tarixi, əzəli  Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi.”

Cənab İlham Əliyev xalqa müraciətində də bu məqamı xüsusi qeyd etmişdir ki,  fəxr edirəm ki, mənim bir il bundan əvvəl dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!

Göründüyü kimi, Azərbaycana qələbə sevincini yaşadan dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın sarsılmaz iradəsi, ordumuzun yenilməz rəşadəti, birliyimiz, həmrəylimizdir. Ən əsası, şəhidlərimiz bu möhtəşəm Qələbə tarixini öz qanları ilə yazdılar. İşğal altında olan torpaqlarımız, Qarabağın tacı olan Şuşa  özünün tarixi sahibinə qayıtdı. Dövlətimizin başçısı İlham Əliyev hər çıxışında  şəhidlərimizin qanının yerdə qalmayacağını bildirirdi.  Bu gün böyük qürur hissi ilə  qeyd edirik ki, şəhidlərimizin, Xocalı qurbanlarının,  Gəncə, Bərdə soyqırımları zamanı həlak olan günahsız insanların  ruhu şaddır. Onların qisası döyüş meydanında alındı, işğalçı Ermənistana layiq olduğu yer göstərildi. 

Artıq bu gündən istər ölkəmizdə, istərsə də işğaldan azad olunan torpaqlarımızda yeni həyat başlayır. Qələbə sevinci hər kəsi daha da ruhlandırmaqla yanaşı, gələcəyə daha böyük addımlarla irəliləməyə stimul oldu.   Yaşa, Azərbaycan xalqı! Sən qələbə sevinci yaşamağa layiq məğrur, öz tarixinə sahib çıxan, ədaləti bərpa edən  xalqsan!

Vüqar RƏHİMZADƏ
YAP Siyasi Şurasının üzvü,
“İki sahil” qəzetinin baş redaktoru,
siyasi elmlər doktoru



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ