Cümə axşamı günü, 15 oktyabr 2026
     

Beynəlxalq konfrans iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Image


“Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend-in məlumatına görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə 2020-ci il 10 noyabr tarixində keçirilmiş “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları olaraq Zati-alinizi üçqat bayram sevinci -Şuşanın işğaldan azad olunması, Azərbaycanın Dövlət Bayrağı Günü və Qarabağ savaşının böyük qalibiyyətlə zəfəri münasibətilə ürəkdən təbrik etməkdən şərəf duyuruq. Azərbaycan Respublikasının üçrəngli bayrağının Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dalğalanması bütün müsəlman aləmi üçün qürur və fəxarət mənbəyidir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər hər zaman Azərbaycanın haqlı mübarizəsinə dəstək ifadə etmişlər və bu münasibət İƏT-in qərar və bəyanatlarında öz əksini tapmışdır. İslam dünyasının ayrılmaz parçası olan müstəqil Azərbaycanın üçrəngli dövlət bayrağının Azərbaycan torpağı olan bu ərazilərdə dalğalanması tarixi ədalət və istiqrarın bərpası anlamını verir və Ümmət olaraq bizi hədsiz sevindirir. Əminik ki, Qarabağın bütün məscidlərindən, Zati-alinizin bəyan etdiyi kimi, uzun illər sonra yenidən azan səsləri ucalacaqdır, inşallah!

Zati-aliləri, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin artması istiqamətində misilsiz səyləriniz, milli-mədəni irsin dirçəlişinə qayğı və himayəniz müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Siz sülhsevər siyasət yürüdərək, uzun illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli sülh yolu ilə, beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərar və səylərinə istinadən həllində ardıcıllıq nümayiş etdirmisiniz. Zati-alinizin bu günlər mətin, nüfuzlu sərkərdə, öz xalqının dərin məhəbbət və etimadını qazanmış, ordusunun qüdrətinə güvənən yenilməz dövlət lideri olaraq dünyanın demək olar ki, bütün aparıcı media qurumlarında Azərbaycan həqiqətlərini, Qarabağ reallıqlarını inam, qətiyyət və siyasi mədəniyyət nümunəsi ilə dünya ictimaiyyətinə çatdırması qlobal miqyaslı dövlət xadimi statusunuzun bariz nümunəsidir.

Möhtərəm cənab Prezident, Siz illərdir ki, multikulturalizm və İslam həmrəyliyi kimi insan həmrəyliyinə xidmət edən qlobal ideyaların, dünyada sülh və anlaşmaya nail olunması yönündə mədəniyyətlər və sivilizasiyalararası dialoq zəminində beynəlxalq əməkdaşlığa dair forumların, Dünya Dini Liderlərinin sammitlərinin təşəbbüskarı, habelə məşhur “Bakı Prosesi”nin müəllifi kimi tanınırsınız. Dünya ictimaiyyəti, o cümlədən, İslam aləmi bunu yüksək dəyərləndirir. Beynəlxalq konfransımızda iştirak edənlərin əksəriyyəti zamanında dünyanın ən böyük dövlətinin siyasi zirvəsində yer alan nüfuzlu müsəlman, Azərbaycanın böyük oğlu Heydər Əliyevi yaxşı xatırlayır. Müsəlman dünyası olaraq biz bu böyük şəxsiyyətlə qürur duyduğumuz kimi, Heydər Əliyev siyasi məktəbinin ardıcıl olan qətiyyətli siyasi lider, ata vəsiyyətini yerinə yetirərək ruhunu şad edən, İslam torpağının – Qarabağın fatehi olan Zati-alinizin qalibiyyətli zəfəri ilə fəxr edirik.

Azərbaycanın əzəli torpaqları olan Qarabağın və İslam dünyasının mədəniyyət beşiyi Şuşanın işğaldan azad olunması münasibətilə bir daha Zati-alinizi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı, bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Bu, öz torpaqlarına, milli-dini dəyərlərinə, ümumislam irsinə sahib çıxan müzəffər xalqın Uca Allahın xeyir-duası ilə, rəşadətli Ordusunun gücünə arxalanaraq tarixi ədaləti bərpa etməsidir.

Zati-aliləri, haqq işi uğrunda - dövlətin ərazi bütövlüyünün bərpasında Ali Baş Komandan olaraq qazandığınız qələbələr dünyada beynəlxalq hüququn təmininə xidmət edən nümunəvi tarixi missiyadır. Bu qələbənin əldə edilməsində şəhid olmuş qəhrəman Azərbaycan oğullarına Uca Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Zati-alinizə Azərbaycan xalqı və dövləti naminə fəaliyyətinizdə, ərazi bütövlüyünün bərpası istiqamətində yeni zəfər və qələbələr, dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizə Allah-Təaladan uğurlar diləyirik.

Uca Yaradan hər zaman yardımçınız olsun, Öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin! Amin.

Dərin hörmətlə,

2020-ci il noyabrın 10-da keçirilmiş “Müasir dünyanın problemləri: nifrətə çağırış, terror, ekstremizm, islamofobiya və Ermənistanın Azərbaycana qarşı təcavüzü” mövzusunda onlayn Beynəlxalq Konfransın iştirakçıları:

Şeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsinin sədri;

Mərğub Səlim Bat – İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Y.Ə.Əl-Useyminin xüsusi nümayəndəsi;

Ali Erbaş – Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başqanı;

Əbuzər İbrahimi Torkaman – İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri;

Əli Muhyiddin Əl-Qaradaği – Beynəlxalq İslam Üləmaları Birliyinin Baş katibi;

Mübariz Qurbanlı –Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri;

Əl-Seyyid Mahmud Əl-Şərif – Misir Ərəb Respublikası Parlamenti sədrinin birinci müavini, Şəriflər Cəmiyyətinin rəhbəri;

Salim Əl-Malik – İƏT-in İslam Aləmi Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İCESCO) Baş direktoru;

Usmanxon Alimov – Özbəkistan Müsəlmanları İdarəsinin sədri, Müfti;

Məhəmməd Qasem Həlimi – Əfqanıstan İslam Respublikasının Həcc, İrşad və Vəqflər naziri;

Halit Eren – İƏT-in İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin (İRCİCA) Baş direktoru;

Şeyx Məhəmməd Mənsur Nias – Seneqal Respublikası Prezidentinin Dini işlər üzrə müşaviri;

Əhməd Təmim – Ukrayna Müsəlmanları Ruhani İdarəsinin sədri, Müfti;

Sahibzadə Sultan Əhməd Əli – Pakistan Müsəlman İnstitutunun direktoru;

Yəhya Pallaviçini – İtaliya Müsəlman İcmasının prezidenti, Milan məscidinin imamı;

Yusuf Abdulrahman Nzibo – Keniya Fatima bint Xalfan Fondunun təsisçi sədri, Nayrobi məscidinin sədri;

Mustafa Alış Hacı – Bolqarıstanın müftisi;

Rifat Feyzic – Monteneqronun müftisi;

Zoltán Róbert Bolek – Macarıstan Müsəlman İcmasının sədri;

Əziz Əl-Kobaiti İdrisi – Mərakeş Sufi və Estetik Araşdırmalar üzrə Beynəlxalq Akademik Mərkəzinin prezidenti;

Altay Abibullayev – Nursultan Nazarbayev adına Dinlərarası və Mədəniyyətlərarası Dialoqun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri;

Xamis Səid Mataka – Tanzaniya Milli Müsəlman Şurasının sədri;

Maksatbek Toktomuşev – Qırğızıstan Müsəlmanları İdarəsinin sədri, Müfti;

Sahib Məmmədov – QMİ-nin Naxçıvan bölgəsi üzrə qazısı;

Bünyamin Çil – QMİ-nin Türkiyədəki səlahiyyətli nümayəndəsi;

Əli Əliyev – QMİ-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi;

Şaqabitdin Kerimov – QMİ-nin Şimali Qafqaz və Dağıstanda səlahiyyətli nümayəndəsi;

Şamil Rəsulov – QMİ-nin İran İslam Respublikasındakı səlahiyyətli nümayəndəsi;

Seymur Nəsirov – Misirdəki Azərbaycan Diaspora Təşkilatları Birliyinin sədri".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTO

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

14.10.2026 / 16:59
AK Partiyanın müdaxiləsinə qarşı Azərbaycandakı partiyalar YAP-a niyə dəstək vermədilər...

14.10.2026 / 16:48
Onlara tarakan deyildi, onlarsa "Tarakanlar" partiyası yaradıb hakimiyyəti yıxırlar...

14.10.2026 / 16:40
Azərbaycanda şirkətə aid gəminin sənədləri itirilib...

14.10.2026 / 16:16
“Əlamətdar hadisələrin musiqili sədası”: musiqidə yaşayan tarix və milli yaddaş

14.10.2026 / 15:53
Laos AQEM-ə üzv olur

14.10.2026 / 15:40
Ərdoğanın bu bəyanatı Türkiyəni İranla vuruşdura bilər - təhlükəli ssenari...

14.10.2026 / 15:32
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 15:20
Hakan Fidan Azərbaycana gəlir

14.10.2026 / 14:56
Əli Əsədov Laos Prezidenti ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTO

14.10.2026 / 14:45
Vüqar Rəhimzadə: Azərbaycan və Laos dost ölkələrdir, beynəlxalq arenada fəal əməkdaşlıq edirlər

14.10.2026 / 14:41
“Bir millət, iki dövlət”: bərabərhüquqlu qardaşlıq və suverenlik prinsipinin formulu - TƏHLİL

14.10.2026 / 14:28
NATO Rusiyanı ilk olaraq 3 yerdən vuracağını açıqladı...

14.10.2026 / 14:16
Rəsmi Bakıdan Parisə sərt cavab - əsassız iddialara son qoyun...

14.10.2026 / 13:58
Zelenski təsdiqlədi - ABŞ Ukraynanı kəşfiyyat dəstəyini kəsməklə hədələyib…

14.10.2026 / 13:42
Lavrov Bakıya gəlir…

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:18
“Səhər” kanalının Azərbaycanla bağlı saxtakarlığı ifşa olundu

14.10.2026 / 13:12
"Azərbaycanla Ermənistan arasında sülh var, amma..." - Mirzoyan

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ