“Mən Qubadlı rayonu Məmər kəndində doğulub böyümüşəm. Hazırda Almaniyada yaşayıram. Vətənim Qubadlının düşmən işğalından azad edilməsi münasibəti ilə atam Bayramov Hacı, anam Bayramova Tamara və öz adımdan, habelə qubadlılılar adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Valideynlərim Bakı şəhərində yaşayır. Gözdən əlil olan 95 yaşlı atam Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranıdır. Çox sevinirik ki, Sizin sayənizdə 30 illik həsrətə son qoyulacaq. Biz azərbaycanlılar həmişə öz Prezidentimizə güvənmişik və onunla fəxr edirik. Burada əlimizdən gələni Vətənimiz üçün edirik və gücümüz çatan qədər maddi və mənəvi yardım göstərir, Qarabağ həqiqətlərini alman ictimaiyyətinə çatdırmağa çalışırıq. Allah Sizi qorusun!”.
Bu fikirləri Almaniya Federativ Respublikasından Kamal Bayramov Prezident İlham Əliyevə müraciətində bildirib.
Baki-xeber.com