“Mən Cəlilabad rayonunun Kürdlər kənd sakiniyəm. Hazırda Rusiya Federasiyasının İvanovo şəhərində yaşayıram. Amma inanın ki, qəlbim, ürəyim həmişə Azərbaycanla döyünür. Mən və bütün ailə üzvlərim Sizinlə qürur duyuruq. Bu gün Siz şanlı tarix yazırsınız.
Mən bütün qəlbimlə inanıram ki biz zəfər çalacağıq. Bütün dualarımız Sizinlə və igid əsgərlərimizlədir. Mənim kiçik qardaşım da hərbçidir və ön cəbhədə vuruşur. Qardaşımla və qüdrətli Ordumuzla fəxr edirəm.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı!”
Bunu Prezident İlham Əliyevə müraciətində Rusiya Federasiyasının İvanovo şəhərindən İbadov Xeyrulla Cəlal oğlu yazıb.
Baki-xeber.com