“Bu məktubu Sizə şəxsən öz adımdan, eləcə də İstanbul Universitetindəki məsləkdaşlarım adından yazıram.
Artıq bir aydır ki, ölkəmizdə Vətən Müharibəsi gedir.
...Siz Vətənimizin 30 il işğalda olmuş torpaqlarını azad etməklə öz adınızı Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazırsınız.
Sizin qələbə müjdəli çıxışlarınızı Türkiyənin sadə vətəndaşından tutmuş professoruna qədər bütün təbəqələri maraqla izləyir, Sizi və Azərbaycanı qəlbən dəstəkləyirlər.
Dünyanın məşhur telekanallarının provakasiyalı jurnalistlərinə rus və ingilis dillərində verdiyiniz gözəl və diplomatik müsahibələrinizi heyranlıqla izləyirik.
Ümid edirik ki, rəhbərlik etdiyiniz rəşadətli Azərbaycan Ordusu tez bir zamanda Xocalını da erməni işğalçılarından azad edər, həm Xocalı şəhidlərinin, həm də Xocalı həqiqətlərini dünyaya göstərmək üçün şəhid olan qəhrəman jurnalist Çingiz Mustafayevin ruhu şad olar.
Tezliklə Xocalı, Şuşa, Laçın, Xankəndidən qələbə xəbərlərini gözləyirik.
Mən əslən qarabağlı olmasam da, hər dəfə hansısa bölgəmizin işğaldan azad olunduğunu eşidəndə gözlərimdən sevinc göz yaşları axır. Təsəvvür edirəm ki, həmin bölgənin insanlarının sevincinin həddi-hüdudu yerə-göyə sığmır.
Bütün bu inanılmaz sevincləri bizə yaşatdığınıza görə Sizə təşəkkür edirəm”.
Bu fikirləri Türkiyə Respublikasının İstanbul şəhərindən İstanbul Universitetinin doktorantı Əliyeva Ulduzə Rafiq qızı Prezident İlham Əliyevə məktubunda yazıb.
Baki-xeber.com