BakınınYasamal rayonundan Birinci Qarabağ müharibəsi əlili Babayev İntiqam İmanverdi oğlu da Prezident İlham Əliyevə müraciət edib:
“Mən birinci qrup Qarabağ müharibəsi əliliyəm, ehtiyatda olan kapitanam. Bu gün Qarabağda gedən Vətən müharibəsini hər bir azərbaycanlı kimi mən də çox böyük diqqət və həyəcanla izləyirəm. Yürütdüyünüz hal-hazırki daxili və xarici siyasət hər bir Azərbaycan vətəndaşının ürəyincədir. Yaşımın ötməsinə baxmayaraq yenə də döyüşlərdə iştirak etməyə, Vətənə qanımla, canımla qulluq etməyə hazıram.
Tanrı Sizi qorusun! Tanrı Azərbaycanımızı qorusun! Birliyimiz və bütövlüyümüz sarsılmaz olsun!
Qarabağ Azərbaycandır!”
Baki-xeber.com