Cümə günü, 16 oktyabr 2026
     

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinə Ermənistanın işğalçılığı ilə bağlı müraciət ünvanlayıb

Image


Ədliyyə naziri Fikrət Məmmədov nazirliyin sıx əməkdaşlıq etdiyi Avropa məkanında yerli özünüidarə orqanlarına məsul nüfuzlu qurum olan Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidentinə və baş katibinə Ermənistanın ölkəmizə qarşı hərbi təxribatları, xüsusilə dinc əhaliyə hədəflənən müharibə cinayətləri ilə bağlı müraciət ünvanlayıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, müraciətdə dünya ictimaiyyətinin diqqətinin yönəldiyi 30 ildir davam edən Ermənistan-Azərbaycan hərbi münaqişəsinin acı nəticələri, əzəli tarixi torpağımız olan Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğal olunaraq etnik təmizləməyə məruz qalan azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salınması, bununla da ermənilərin işğal altında saxladıqları ərazilərimizdə bələdiyyə institutunun yaradılmasının qeyri-mümkünlüyü və məcburi köçkün düşmüş soydaşlarımızın uzun illərdir yerli özünüidarə hüququndan tamamilə məhrum olunduğu barədə məlumat verilib.

Ermənistanın münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə həllini dəfələrlə müxtəlif bəhanələrlə uzatması, silahlı qüvvələrini işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına məhəl qoymaması, ona sərf edən status-kvonu davam etdirərək işğal altındakı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməsi və qeyri-qanuni iqtisadi fəaliyyət göstərməsi, qanunsuz məskunlaşdırma həyata keçirməsi diqqətə çatdırılıb.

Bildirilib ki, bununla da beynəlxalq hüquq normalarını, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozan Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesablanan şüarlarla çıxışlar etməsi və beynəlxalq ictimaiyyətin buna səssiz qalması təcavüzkarı hərbi təxribatları daha da intensivləşdirməyə ruhlandırıb.

Bütün bunlar barədə Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı tutarlı faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldığı vurğulanıb.

Müraciətdə Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizə və dinc əhaliyə qarşı başladığı hərbi təxribatlara cavab olaraq Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun özünümüdafiə hüququna əsaslanmaqla işğalçını sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları həyata keçirdiyi, doğma torpaqları uğrunda və yalnız öz ərazisində heç bir kənar dəstək olmadan öz gücü ilə vuruşduğu qeyd olunub.

Cəzasızlıqdan azğınlaşan Ermənistanın hərbi mövqelərimizi, xüsusilə qəsdən ağır artilleriya qurğularından yaşayış məntəqələrimizi və mülki əhalimizi atəşə tutması nəticəsində bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda 11-i uşaq olmaqla 91 mülki şəxsin həlak olduğu və 400-dən çox insanın yaralandığı qeyd edilib, doğum xəstəxanası, uşaq bağçaları, məktəblər, rayon məhkəməsi binası və s. daxil olmaqla 3.000-ə yaxın yaşayış binasının və mülki obyektlərin məhv edildiyi və ya ciddi ziyan gördüyü, həmçinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan neft kəmərlərinin atəşə tutulduğu diqqətə çatdırılıb.

Düşmənin mülki əhalimizə qarşı törətdiyi qeyri-insani əməllərinin təzahürü olaraq döyüş meydanından xeyli aralıda yerləşən əhalinin sıx məskunlaşdığı Gəncə və Bərdə şəhərlərinin beynəlxalq hüququn qadağan etdiyi kasset bombaları və ballistik raketlərlə atəş tutulduğu, nəticədə 47 nəfərin həlak olduğu, 200-dən çox insanın yaralandığı vurğulanıb.

Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə məsul qurum kimi Konqresə məlumat verilib ki, ölən və xəsarət alanlar sırasında, həmçinin biri qadın olmaqla bələdiyyə sədrləri də var və 3 bələdiyyə binasına ciddi ziyan dəyib, bələdiyyələrin 30-dan çox üzvünün və qulluqçusunun əmlakına zərər vurulub.

Diqqətə çatdırılıb ki, hətta erməni terroruna məruz qalan şəhərləri ziyarət edən diplomatik korpus üzvləri də artilleriya atəşinə tutulub. Düşmənin həyata keçirdiyi namərd hücumlar razılaşdırılmış humanitar atəşkəs rejimi şəraitində həyata keçirilib.

BMT-nin Baş katibi və Avropa İttifaqı əhalinin yaşadığı bölgələrə edilən hücumları qınayan və onların qətiliklə qəbuledilməz olduğunu qeyd edən, mülki şəxslərin və obyektlərin atəşə tutulmasına son qoyulmasını tələb edən bəyanatlarla çıxış ediblər.

Lakin beynəlxalq normalara və çağırışlara məhəl qoymayan Ermənistan mülki əhaliyə hədəflərini dayandırmır və hazırda Azərbaycanın bir çox şəhərlərinə bu cür raket hücumlarının davam etməsi ilə ölən və yaralanan mülki şəxslərin sayı artmaqdadır.

Eyni zamanda, düşmən raket zərbələrini öz ölkəsinin ərazisindən endirməklə münaqişənin coğrafiyasını genişləndirmək və döyüş əməliyyatlarına üçüncü ölkələri cəlb etmək məqsədini güdür.

Müraciətdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT, Avropa Şurası, Avropa Parlamenti və Qoşulmama Hərəkatı kimi aparıcı beynəlxalq təşkilatların digər oxşar qərarlarının təxirəsalınmadan dərhal icra edilməsinin və ədalətin bərpa edilməsi üçün beynəlxalq hüququn tam gücünü tətbiq etməsinin zəruriliyi diqqətə çatdırılıb.

Bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan döyüş meydanında açıq üstünlüyə malik olmasına baxmayaraq, insanların həyatını xilas etmək naminə qan tökülməsini istəmir və münaqişənin siyasi yolla həlli üçün sülh danışıqlarının aparılmasının tərəfdarıdır.

Ədliyyə naziri Yerli və Regional Hakimiyyətlər Konqresinin yüksək nüfuzunu, geniş coğrafiyasını və təmsilçiliyini nəzərə alaraq ədaləti, sülhü və əmin-amanlığı bərpa etmək, insanlıq əleyhinə və müharibə cinayətlərinin qarşısını almaq üçün səsini ucaldacağına ümidvar olduğunu bildirib.

Nazirlik tərəfindən həmçinin, Ermənistanın işğalçılığı ilə bağlı əsl həqiqətləri dünyanın daha geniş ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə 150 mindən çox yerli və regional hakimiyyətlərin təmsil olunduğu Konqresin rəhbər orqanları olan Palatalarının sədrlərinə və Avropa Şurasının 45 üzv dövlətini təmsil edən nümayəndə heyətlərinin rəhbərlərinə analoji müraciətlər göndərilib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:30
Rəşad Məcid: " 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi – 691-i həllini tapıb, tərəflər arasında razılığa gəlinib"

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ