Cümə günü, 16 oktyabr 2026
     

“Ölkə Prezidenti bu dəfə dünyaya milli qürur dərsi keçdi” - Vüqar Rəhimzadə

Image


“Azərbaycan Ordusu dövlətimizin qətiyyəti, xalqın iradəsi sayəsində döyüş meydanında qələbə yürüşünü uğurla davam etdirir, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların icrasına laqeyd yanaşdıqları BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini təmin edir.

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına Azərbaycan Ordusunun qətiyyətli cavabı, əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan torpaqlarımızı azad etməsi dünya dövlətlərinin, beynəlxalq təşkilatların diqqətini çəkməklə yanaşı, bir sıra sual doğuran, daha dəqiq desək, maraqlarına uyğun məsələlərə aydınlıq gətirilməsi istəklərini ortaya qoymalarına səbəb olur. Bu istəklərin həmin dövlətləri təmsil edən televiziya kanallarının, digər mətbu orqanların təmsilçilərinin qərəzli məlumatlarla “silahlandırılaraq” dövlətimizin başçısı İlham Əliyevlə müsahibələrdə öz maraqlarını suallarında ifadə etmələri diqqətdən kənarda qalmır. Əsas olan bu suallar deyil, cənab İlham Əliyevin onları əsl diplomatik məharətlə səbir və təmkinlə cavablandırması, dünyaya bir daha tarix və hüquq dərsi keçməsidir. Ölkə Prezidenti hər bir müsahibəsində bu məqamı xüsusi qeyd edir ki, beynəlxalq münasibətlərdə hüquq problemi yaşanır, ən əsası işğalçı dövlətin bu günə qədər BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymaması cavabsız qalıb, təcavüzkara qarşı  heç bir sanksiya tətbiq olunmayıb. Dövlətimizin başçısının hər bir müsahibəsi Azərbaycanın siyasi müstəvidə üstünlüyünün bir daha işğalçı Ermənistana və onun havadarlarına çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin bu günlərdə Almaniyanın ARD televiziya kanalına müsahibəsinə yönəldərək bildirib ki, ölkə Prezidenti bu dəfə dünyaya milli qürur dərsi keçdi: “Jurnalistin tarixdən xəbərsizliyi fonunda ünvanladığı qərəzli, Ermənistana dəstək ruhunda sualına  cavabında  dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağın Azərbaycan üçün önəmi resurslarına görə deyil, əzəli torpağı olaraq milli qürur, ədalət,  beynəlxalq hüquq məsələsidir. Cənab İlham Əliyevin dünya informasiya məkanında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ardıcıl şəkildə dünyanın aparıcı KİV-ləri vasitəsilə beynəlxalq  ictimaiyyətə münaqişə haqqında həqiqətləri çatdırması heç vaxt unudulmayacaq  bir dərs, ən əsası bu günədək Ermənistana havadarlıq edən dövlətlərə ədalətsiz yanaşmalarının hansı dezinformasiyalara yol açdığının  heç olmasa fərqində olmalarına bir çağırışdır. Təbii ki, bugünkü Azərbaycanı  1992-ci illərin Azərbaycanı ilə müqayisə etmək qeyri-mümkündür. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunun zəifliyi, torpaqlarımızın deyil, ayrı-ayrı siyasi qrupların maraqlarının müdafiəsinə xidmət etməsi bir çox uğursuzluqlara yol açmışdı. Ən əsası Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə meydan verirdi. Amma bu gün istər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər və beynəlxalq təşkilatlar belə bir mənzərənin yenidən yaşanmasının qeyri-mümkünlüyünün şahididirlər. Artıq indi dünya ictimaiyyəti bugünədək həyata keçirilən   qərəzli təbliğata  görə Azərbaycanın Dağlıq Qarabağ uğrunda  onun malik olduğu potensiala görə deyil,  beynəlxalq hüquq çərçivəsində  ərazisi olduğu üçün mübarizə apardığını dərk etmək məcburiyyətindədir. Eyni zamanda, cənab İlham Əliyevin bəyan etdiyi kimi, bu, qürur məsələsidir.”

 “Bu gün Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm hərb meydanında öz sözünü deyir, həm də müdrik və qətiyyətli  siyasi lider kimi informasiya meydanında ölkəmizin mövqeyini  müdafiə edir, haqq səsimizi bütün dünyaya çatdırır” söyləyən V.Rəhimzadə bildirib ki, Almaniya auditoriyasına bir daha Azərbaycanın ədalətli  mövqeyini, atılan addımların məntiqini tam aydın şəkildə çatdıran, hər bir sualın arxasında hansı qərəzin,  marağın dayandığını çox yaxşı  dəyərləndirən cənab İlham Əliyev Azərbaycanın yalnız ədalətin bərpası istiqamətində mübarizə apardığını əsaslı şəkildə bəyan etdi: “Baxmayaraq ki, almaniyalı jurnalistin  “Sentyabrın 27-də müharibə başladı. Sizin “kim birinci atəş açdı” sualına cavabınız nədir?” şəklindəki ilk sualında onun qərəzli mövqeyi özünün aydın ifadəsini tapmışdı.  Düşünürük ki, son bir ayda Azərbaycan-Ermənistan cəbhə xəttində yaşananlarla dərindən maraqlanan, ən əsası ədalətli mövqe ortaya qoymağa çalışan hər kəs kimliyindən, hansı dövləti təmsil etməsindən asılı olmayaraq tarixi bilməsə də,  baş verənlərdə kimin haqlı, kimin haqsız olduğunu, ən əsası, hərbi təxribatın  kim tərəfindən törədildiyini  dərk etmək  və düzgün qiymətləndirmək imkanında olar.  Dövlətimizin başçısı İlham Əliyevin son bir ayda müsahibələrinin hər birində bu suala dolğun cavab öz əksini tapıb. Eyni sualların qərəzli formada  təkrar-təkrar səsləndirilməsi, eyni məqsədə xidmət edən yanaşmalar həmin mətbu orqanların təmsilçilərinə  “adi” görünsə də, artıq qarşı tərəf bunların fərqində olmamış deyil.  Amma cənab İlham Əliyev  səlis şəkildə, təkrar-təkrar təmkinlə  bu sualları cavablandırır, Azərbaycan həqiqətlərini bir daha dünya ictimaiyyətinə çatdırır. Dövlətimizin başçısının müsahibələrlə, həmçinin  səsləndirilən suallarla bağlı fikirlərini bir daha xatırlamaq istərdik: “Azərbaycan xalqı görür ki, mən bütün suallara necə lazımdır cavab verirəm. Onların səviyyəsinə də düşmürəm heç vaxt, necə lazımdır cavab verirəm və susurlar. Çünki cavab verə bilmirlər, deyirəm get güzgüyə bax. Sən bura gəlmisən bizi ittiham etməyə. Sual vermir, elə bil prokurordur, ittiham edir bizi. Sən kimsən ki? Jurnalistlərə mənim hörmətim böyükdür. Mən onlarla mülayim tərzdə danışıram, bundan istifadə edirlər.»

Baş redaktor belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, “Amnesty International” və  “Human Rights Watch” kimi beynəlxalq hüquq təşkilatlarının da mövqelərində dəyişiklik nəzərə çarpması Azərbaycanın apardığı əsaslı, real həqiqətlərə əsaslanan təbliğatının nəticəsidir:  “Adıçəkilən təşkilatlar Ermənistanın Azərbaycanın Bərdə şəhərini kaset bombalarından atəşə tutduğunu təsdiq etdilər. Halbuki, almaniyalı jurnalist möhtərəm Prezidentimizlə müsahibəsində, guya bu  təşkilatların Azərbaycanın hüquq çərçivəsində qadağan edilmiş silahlardan  istifadə etməsi  ilə bağlı məlumatlarının olduğu iddia edilirdi. Artıq geniş şərhə ehtiyac duymuruq.  Göründüyü kimi, təsəvvür reallıq kimi qəbul olunmaq dəyərində deyil. Təbliğat o zaman güclü, uzunömürlü, ictimai fikrə təsir imkanında olur ki, tarixi faktlara, həqiqətlərə əsaslansın. Azərbaycan Ordusu qələbə əzmi ilə bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu Ermənistana,  ona havadarlıq edən dövlətlərə və beynəlxalq təşkilatlara  sübut edir”. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:30
Rəşad Məcid: " 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi – 691-i həllini tapıb, tərəflər arasında razılığa gəlinib"

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ