Cümə günü, 16 oktyabr 2026
     

Ermənistan təkcə işğal etdiyi Qarabağı yox, həm də dövlətçiliyini (satellit) itirmək həddində...

Image


İşğalçı Ermənistanda siyasi böhran get-gedə dərinləşir. Dərin xaos və böhran içində çabalayan Ermənistandakı ağır durum bütün istiqamətlərdə özünü  göstərir. İqtisadi, siyasi, demoqrafik, hərbi, mənəvi-psixoloji cəhətdən ağır vəziyyətdə olan işğalçı ölkədə sosial etirazlar geniş miqyas alıb.

 

Bütün bunlar Paşinyan hökumətinin yürütdüyü işğalçılıq siyasəti nəticəsindədir. Ekspertlərin sözlərinə görə, vəziyyət o həddə çatıb ki, işğalçı ölkənin özünün dövlətçiliyi təhlükə altına düşüb. Yəni Ermənistandakı ağır sosial-iqtisadi, siyasi, hərbi, mənəvi-psixoloji böhran Ermənistanı tək Qarabağı yox, həm də öz dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdirib.

 

Ekspertlər hesab edirlər ki, Ermənistanın öz dövlətçiliyini itirməsi artıq reallaşmaq üzrədir.

  • “Reallıq bundan ibarətdir ki, düşmən ölkədə yaşanan hərtərəfli dərin böhran, xaos Ermənistanı dağılmaq təhlükəsi ilə üz-üzə qoyub”

“Səs” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan dövləti həqiqətən də dağılmaq üzrədir. “Paşinyanın yürütdüyü daxili və xarici siyasət Ermənistanın məhvini zəruriləşdirib, bu ölkə məhv olmaq ərəfəsindədir. Ermənistan bir dövlət kimi “Sorosun uşaqları” olan Paşinyan və onun komandası hakimiyyəti zəbt etdiyi ilk vaxtlardan dağılmağa doğru getməyə başlayıb. Düzdür, Paşinyandan əvvəl də Ermənistan ağır böhran içində idi, amma onun hakimiyyətə gəlməsi bu böhranı daha da dərinləşdirdi, qarşısıalınmaz bir vəziyyətə gətirib çıxardı. Reallıq bundan ibarətdir ki, düşmən ölkədə yaşanan hərtərəfli dərin böhran, xaos Ermənistanı dağılmaq təhlükəsi ilə üz-üzə qoyub. Bu ölkədə dağılma prosesi yaşanır. Bunun da başlıca səbəblərindən biri Paşinyanın işğalçılıq siyasətindən əl çəkməməsi, eyni zamanda da xarici və daxili siyasətdəki naşılığıdır. Paşinyan öz səriştəsiz, naşı davranışları ilə regionda olan dövlətlərlə də münasibətlərə nöqtə qoyub.

30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesilə nizamlanacağına müəyyən qədər ümid var idi. Müharibə başlayana qədər Ermənistana status-kvonun saxlanması sərf edirdi. Status-kvonun saxlanmasına Ermənistan özü, onun xarici havadarları, ermənipərəst beynəlxalq təşkilatlar cəhdlər göstərirdilər, buna müəyyən qədər nail olmuşdular. Bunun nəticəsində də Ermənistanın daxilində sosial-iqtisadi vəziyyət ağırlaşdı, siyasi böhran dərinləşdi. Bunun sonu isə müharibə ilə nəticələndi. Bütün bu baş verənlərin günahkarı Paşinyandır, hər şeyin məsuliyyəti onun rəhbərlik etdiyi hakimiyyətin üzərindədir. Paşinyan regional münasibətləri korladı, regionda qeyri-standart vəziyyətin yaranmasına gətirib çıxaran addımlar atdı. Digər tərəfdən də onun bu addımları Ermənistanın bir dövlət kimi xəritədən silinməsinə səbəb olur. İllərdir torpaqlarımızı işğal altında saxlayan dövlətdə belə bir mənzərə yaşanır. Təəssüf edirəm ki, Qafqazda Ermənistan deyilən bir işğalçı ölkə mövcuddur”.

B.Quliyev qeyd etdi ki, Ermənistanın tutduğu işğalçılıq mövqeyi onu bütün regional layihələrdən təcrid edib və düşmən ölkənin ciddi sosial-iqtisadi, siyasi böhrana düşməsinə gətirib çıxarıb. B.Quliyevin sözlərinə görə, Azərbaycan Ordusunun Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərimizdə hərbi əməliyyatlara başlaması, torpaqlarımızı işğaldan azad etməsi prosesi Ermənistanı daha ağır duruma, çıxılmaz vəziyyətə salıb. “Paşinyan hökuməti iflas durumdadır. Son bir ayda cəbhədə müharibənin gedişatı onu göstərdi ki, Ermənistan çox acınacaqlı bir durumdadır, o, çox sarsıdıcı məğlubiyyətə uğradılıb. Ermənistan, bütün mənalarda, Azərbaycandan dəfələrlə zəifdir, bunu özləri də etiraf edirlər. Ermənistanın hərbi-siyasi hakimiyyəti Azərbaycan Ordusunun gücü qarşısında acizdir və ordumuz qəsbkarın işğal etdiyi torpaqlarımızı ardıcıl olaraq azad edir. Bu gün Ermənistan qarşısında güclü bir dəmir əl, yumruq görür. Ölkə daxilində də onu eyni dərəcədə sıxırlar. Paşinyan hakimiyyəti zəbt etdikdən sonra müharibənin başlamasına rəvac verən bəyanatlar verib, çıxışlar edib. Bunun da məsuliyyəti Paşinyan və onun hakimiyyətinin üzərindədir. Ümumiyyətlə, regionda qan tökülməsinin baiskarı onlardır. Paşinyanın geriyə yolu yoxdur. Bu gün o təslim olsa belə, erməni xalqı onu ya parçalayacaq, ya tikə-tikə doğrayacaq, ya da çarmıxa çəkəcək, İrəvanın mərkəzi meydanında asacaqlar. Paşinyan erməni xalqını qırğına verir, eyni zamanda, onun davranışları nəticəsində Ermənistanda yaranan böhran insanları ondan ciddi şəkildə narazı salıb. Məsələyə hansı tərəfdən baxsaq, Ermənistan bu gün düşdüyü ağır vəziyyətin günahkarı kimi Paşinyanı görür. Hesab edirəm ki, Ermənistanın xilas yolu yoxdur”.

B.Quliyevin sözlərinə görə, Paşinyan guya Ermənistanda vəziyyəti düzəltmək üçün müxtəlif vəzifələrə yeni təyinatlar edib, köhnə məmurları isə işdən kənarlaşdırıb. Bunun çıxış yolu olmadığını deyən B.Quliyevin fikrincə, bu gün Ermənistan elə bir durumdadır ki, onu hansısa bir məmur yerdəyişməsi ilə həll etmək olmaz. “Paşinyanın öz komandasında dəyişiklik etməsi onu göstərir ki, o, Ermənistanı bu böhrandan çıxarmaq yolunu kadrları dəyişməkdə görür. Amma bu da ona heç nə verməyəcək. Paşinyanın yürütdüyü daxili və xarici siyasət, eləcə də onun işğalçılıqdan əl çəkməməsi Ermənistanın da bir dövlət kimi dağılmasına rəvac verib. Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və müzəffər ordumuz ərazilərimizi işğaldan azad edir” - deyə B.Quliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 10:30
Rəşad Məcid: " 4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi – 691-i həllini tapıb, tərəflər arasında razılığa gəlinib"

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ