Məlumdur ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya Federasiyasının humanitar dəstəyi ilə 85 yaşlı Evgeniya Babayan Ermənistan tərəfə təhvil verildi.
E.Babayan Azərbaycan tərəfə əsir düşən zaman ona xüsusi diqqət, qayğı, mərhəmət göstərilmişdi. Bunu hər kəs bilir. Ancaq Babayan Ermənistan tərəfə təhvil verilən kimi öz ölkəsinin mətbuatına həqiqətə uyğun olmayan açıqlamalar verib. 85 yaşlı erməni qadın bildirib ki, guya Azərbaycanda ona psixoloji və fiziki işgəncələr tətbiq edilib.
Qeyd edək ki, Azərbaycanın istənilən vətəndaşı uşaqlara, qadınlara, illah da yaşlılara şəfqət və mərhəmətlə yanaşır. Həmin qadını televiziyada görənlərin belə yaşlı qadına yazıqları gəlmişdi. Ancaq yenə də düşmən düşmənliyini etdi. O öz ölkəsinə keçən kimi guya Azərbaycanda ona işgəncələr verilməsi barədə həqiqətə uyğun olmayan açıqlama verdi.
Hərbçi ekspert Rasim İsgəndərov bildirir ki, Ermənistan tərəfindən təqdim olunan videodan yaşlı qadının əvvəlcədən təqdim olunan mətn üzrə fikir bildirməyə açıq-aşkar məcbur edildiyi görünür: “Bu cür təbliğat aparmaq erməni xislətinə xasdır.
Xatırladım ki, Ermənistan silahlı qüvvələri geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə buraxıb getdiyi 85 yaşlı Evgeniya Babayanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə oktyabrın 28-də Azərbaycan - Gürcüstan sərhədindən keçirilməklə Gürcüstan - Ermənistan sərhədində qarşı tərəfə təhvil verib. Hadrut qəsəbəsində öz soydaşlarının köməksiz buraxıb getməsi səbəbindən sağlamlıq durumu ağırlaşıb, ancaq Azərbaycan əsgərləri tərəfindən xilas edilən 84 yaşlı Mişa Melkumyanı isə Ermənistan tərəfi bir daha qeyri-humanistlik göstərərək son anda təhvil almaqdan imtina etdi. Humanitar addım qarşılığında Ermənistan geri qaytarılan Evgeniya Babayandan Azərbaycana qarşı istifadə edilib. Guya bu 85 yaşlı qadının gözü qarşısında “əsir ermənilərə işgəncə verilib. Azərbaycan həmin qadına işgəncə vermək istəsəydi onu xilas etməzdilər. Azərbaycan əsgərləri humanistlik göstərib çarəsiz vəziyyətdə qalan yaşlı qadını xilas edir, onlar isə vicdansızlıq edir. Hər halda ermənilər özləri ilə azərbaycanlıları səhv salır. Azərbaycan tərəfi zorakılığa qarşı çıxdığı halda yaşlı qadına işgəncəmi verər? Onlar bizim qadın, uşaq və yaşlılarımıza olmazın işgəncələrini veriblər. Bunu bütün dünya bilir”.
Günel CƏLİLOVA