İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın bir müddət əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təklif etdiyi planın bəzi detallarını açıqlayıb. Trend-in məlumatına görə, İran münaqişə tərəflərindən cavab gözləyir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişə zonasında gərginliyin başladığı gündən etibarən İran Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə ilə danışıqlar aparır: "Biz hesab edirik ki, müharibə region ölkələrinə daha çox zərbə vurur, ona görə də bu ölkələr müharibənin bitməsinə daha çox təsir edə bilər. Biz danışıqları bu kontekstdə aparırıq".
Nazir əlavə edib ki, indi Tehran təklif olunan layihə üzrə Bakı, Yerevan, Moskva və Ankaradan cavab gözləyir.