05/12/2020 12:11
728 x 90

Bu qələbələr Sizin kamil komandanlığınızın nəticəsidir - Beyləqanın Dünyamallar kəndindən Prezidentə məktub…

img

Beyləqan rayonunun Dünyamallar kəndindən I qrup əlil Maarif Şirinov da Prezident İlham Əliyevə müraciət ünvanlayıb:

“Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun ardıcıl qələbəsi hamı kimi məni də çox sevindirir və qürurlandırır. Bu qələbələr Sizin qətiyyətinizin və kamil komandanlığınızın bariz nümunəsidir.

Mən bir Azərbaycan vətəndaşı və hazırda ön cəbhədə xidmət edən zabit atası kimi qürurluyam. Sizə uzun ömür, cansağlığı və bayrağımızın Qarabağın hər guşəsində dalğalanmasını arzulayıram.

Bir arzum isə işğaldan azad edilən yüksəkliklərdən birinə “Bayraqdar”, yaşayış məntəqələrindən bir neçəsinə isə Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəmanların adının verilməsidir.

Yaşasın Azərbaycan, yaşasın şanlı Ordumuz, yaşasın Ali Baş Komandanımız!”

Baki-xeber.com

Son xəbərlər